TAİB sədrinin müavini: Azərbaycanla Qazaxıstanın siyasi iqtisadi və mədəni əlaqələri çox güclüdür
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb. Bu, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun görüşü zamanı baş tutub. Belə ki, iki ölkə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a vurğulayıb ki, bu faktın özü bir daha Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji səviyyədə olmağını göstərir:

“Həmçinin, əlaqələrimizin inkişafı istiqamətində praktiki addımlar atılır. İmzalanan sənədlər gələcək birliyin gücləndirilməsinə xidmət edir. İki qardaş ölkə Türk Birliyində aktiv fəaliyyət göstərirlər. Həmçinin iki ölkənin liderləri qardaşlıq, dostluq münasibətlərinin inkişafında birbaşa maraqlıdırlar və qarşılıqlı səfərlər də bunu təsdiqləyir. Bu gün siyasi-iqtisadi və mədəni əlaqələr çox güclüdür. Bu proses iki qardaş xalq arasında da davam etməkdədir. Bir zamanlar xəyal kimi düşündüklərimizi reallaşdığının şahidi oluruq. Bunun özü ciddi niyyətdən xəbər verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















