Tailandda avtobusun aşdı 40 dan çox insan xəsarət alıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tailandın cənubundakı Tranq əyalətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Hadisə bazar gününə keçən gecə baş verib, Pxuket-Betonq marşrutu ilə hərəkət edən avtobusda cəmi 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarət alıb.
Qəzetin yazdığına görə, yol-nəqliyyat hadisəsi sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş vermiş ola bilər. Lakin sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət zamanı bildirib ki, onun qarşısına motosiklet çıxıb. Bununla belə, yaxınlıqda olan patrul bu versiyanı təkzib edərək heç bir motosikletin görünmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 Fevral 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















