Icma.az
close
up
RU
Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK

Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Taksi operatorlarının qiymətləri artıb. Son günlər enən qiymətlər yenidən öz köhnə vəziyyətinə qayıdıb.

Sərnişinlər bildirib ki, keçən həftəsonundan artıq qiymətlərdə 30-40 faiz artım var.

Qiymət dəyişikliyini sürücülər də təsdiq edirlər. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər.

Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər. Onlar hətta yaxın günlərdə qiymətin bir az da artacağını istisna etmirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən isə bildirilib ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin başlaması, tıxacların artması ilə əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də, qiymətlərdə müəyyən qədər dəyişikliklər var.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Noyabr 2024 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri