Icma.az
close
up
RU
Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur?

Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Metronun “Koroğlu” stansiyasının yaxınlığından Mehdiabada gedərkən “Bolt” taksi operatoru vasitəsilə taksi sifariş etdikdə sərnişinlərdən 2 manat əlavə ödəniş tələb olunur. Bir ilə yaxındır ki, müştərilərə qiyməti əvvəlcə ucuz, gediş bitdikdən sonra isə əlavə 2 manat ödəniş alırdılar. İndi isə açıq şəkildə sifarişi təsdiqləmə mərhələsində yola görə 2 manat əlavə olunacağı qeyd olunur”. 

Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini İlyas Heydərov müraciət edib. 

Onun sözlərinə görə, sifarişə 2 manat əlavə olunması Böyükşor-Pirşağı avtomobil yolundan istifadə ilə əlaqədardır: “Həftədə 3 dəfə bu istiqamətdə taksi sifariş edirəm. Normalda həmin məsafəyə görə 8 AZN ödəniş yazılırdısa, artıq üzərinə 2 manat əlavə olunur. Yəni, 10 manat pul verməli oluruq. Bu, Böyükşor-Pirşağı avtomobil yolundan istifadəyə görə belədir. Əvvəl sürücüdən xahiş edirdik, o yoldan getmirdi, artıq onu da nəzərə almırlar”.

Problemlə bağlı “Bolt” şirkəti ilə əlaqə saxladıq. Şirkətin PR meneceri Nigar Kazımova sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ araşdırılıb və yaranan problem tezliklə aradan qaldırılacaq: “Qeyd olunan sifariş üzrə səfərin qiyməti düzgün hesablanıb. Lakin proqram təminatındakı nasazlıq səbəbindən qiymətin bölgüsü sistemdə səhv göstərilib. Ümumi məbləğ tətbiqdə tam və düzgün şəkildə əks olunub. Proqram təminatında qiymət bölgüsü ilə bağlı nasazlıqla əlaqədar baş ofisə artıq müraciət edilib və problemin yaxın zamanda aradan qaldırılması gözlənilir”.

Gülnar Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri