Taksi şirkəti 40 min cərimə edildi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.
“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.
Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.
Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda taksi şirkəti bağlanır
09 Yanvar 2026 10:43
Uçan taksi şirkəti fəaliyyətini dayandırdı
26 Dekabr 2024 16:38
Taksi şirkəti Azərbaycan bazarından çıxır
18 Fevral 2026 10:49
Azərbaycanda taksi şirkəti ləğv edilir
18 Fevral 2026 14:11
Azərbaycanda bu taksi şirkəti ləğv edilir
14 Avqust 2025 15:04
Baxış sayı:66
Bu xəbər 15 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















