Taksi sürücüləri üçün sabahla bağlı VACİB MƏLUMAT
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də növbəti imtahan təşkil edəcək.
DİM-dən Avtosfer.az-a bildiirlib ki, imtahanda iştirak etmək üçün 1516 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda Naxçıvan şəhəri 4 saylı orta məktəbdə, DİM-in Bərdə regional bölməsində və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə olacaq. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin DİM-in saytına yerləşdirilir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. Namizədlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Sentyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















