Icma.az
close
up
RU
Taksilər avtobus zolağında hərəkət edə bilər? DÜNYA TƏCRÜBƏSİ FOTO

Taksilər avtobus zolağında hərəkət edə bilər? DÜNYA TƏCRÜBƏSİ FOTO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq uzun müddətdir ki, taksilərin avtobus zolağına girməsi ilə bağlı məsələ gündəmdən düşmür. Hətta ötən günlərdə taksi sürücülərinin bununla bağlı etiraz aksiyası kimi fəaliyyətlərini dayandırması da müzakirə olunurdu.

Bəs taksilər həqiqətən də avtobus zolağından istifadə edə bilərmi? İnkişaf etmiş və digər inkişaf etməkdə olan ölkələrdə qaydalar necədir?

Avtosfer.az xəbər verir ki, bir çox ölkələrdə, o cümlədən əksər Avropa şəhərlərində ictimai nəqliyyat üçün ayrılmış zolaqlardan lisenziya almış taksilər istifadə edə bilər.

Lakin burada bir nüans var: Bir çox Avropa ölkələrində taksilərin sayı, onsuz da, limitlidir. Məsələn, Macarıstanın paytaxtı Budapeştdə ictimai nəqliyyat o qədər yaxşı inkişaf edib ki, insanlar taksidən yalnız xüsusi hallarda istifadə edə edir və bu şəhərdə taksilərin ümumi sayı heç 7000-ə qədərdir. Bakıda isə bu rəqəm 35000-dir, yəni azı 5 dəfə çox.

Ona görə Budapeştdə bu taksilər avtobus zolağında problem yaratmır. Lakin bizə daha yaxın olan Tbilisi şəhərində bunu başqa cür həll ediblər. Xüsusi "A" kateqoriyalı taksilər müəyyən olunub ki, bu avtomobillərə dair xüsusi tələblər var, adi "ekonom" taksilər deyil. Bu taksidə gediş daha bahadır, daha komfortludur və eyni zamanda daha sürətlidir, çünki bu taksilər avtobus zolaqları ilə hərəkət edə bilir.⠀

Hamı özünə "A" kateqoriya almasın deyə, limit müəyyən edilib və artıq 2023-cü ildən bu kateqoriyada olan lisenziyalar verilmir. Yalnız bir avtomobildən digərinə ötürülə bilər. ABŞ-nin ən iri şəhərlərindən biri Nyu-Yorkda da belə qaydalar var (taksi lisenziyalar çoxdandır verilmir, yalnız ötürülür).

Türkiyənin İstanbul şəhərində də taksilərə “emniyyet şeridi”ndən istifadəyə  xüsusi hallarda icazə var.

Birləşmiş Krallığın bir sıra şəhərlərində təşkil edilən “bus lane” zonalarında da lisenziyalı taksilərin avtobuslara mane olmamaları halda hərəkətinə icazə verilir.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri