Icma.az
close
up
RU
Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: Övladımı da itirdim, pulum da batdı

Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: Övladımı da itirdim, pulum da batdı

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.

Hakim Azad Məcidov prosesin belə davam etməyindən yorulduğunu bildirib:

"Prosesdən bir gün qabaq gah vəkil yazır ki, gəlmirəm, gah da Aynur Bayramova xəstələnir. Onu bura gətirtmək üçün qabaqcadan bildiriş vermişik. Bir az məsuliyyətli olun. Burada insanların övladlarından söhbət gedir. Onların borcları var, əziyyət çəkirlər".

Aynur Bayramovanın vəkili etiraz edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problem olmağı ilə bağlı məhkəməyə vəsatətlər təqdim edib.

Zərərçəkən Mənsumə Hacıyeva məhkəməyə verdiyi ifadəsində qeyd edib ki, Nuridə Seyidovaya və Aynur Bayramovaya "Çinar Plaza"da pul verib:

"Mən aptekdə işləyirdim. Oradan dərman vasitələri alan bir xəstə mənə Aynur Bayramovanı tövsiyə elədi. Mənim qardaşımın oğlu da həmin xəstəlikdən əziyyət çəkir. Yanvar-fevral aylarında getdim "Çinar Plaza"da hər iki şəxsə şikayətimi bildirdim. Dedim ki, Türkiyədə "NS Hospital"da donor tapılıb. Əməliyyat 83 min manatdır. A.Bayramova dedi ki, Nuridə Seyidovanın şirkətinin sponsorları var. O, kömək edə bilər Talassemiya mərkəzində yanına müalicəyə getdiyimiz həkimlərdən Akif də Aynura inana biləcəyini söylədi. Bütün proseslərdə Aynurla əlaqəm olub. Məndən 10 min dolları aldı. Hazırda ikisi ilə bağlı da sənədim var. Sonra öyrəndik ki, bizə dələduzluq edilib. Daha sonra uşağı öz hesabımıza əməliyyat etdik, amma bizim xəstəxanaya borcumuz qalıb".

Aynur Bayramovanın vəkilinin suallarını cavablandıran zərərçəkənə bildirib ki, Nuridə Seyidova pulu qaytaracağını söyləyib:

"Aynur dedi ki, gedək pulu Nuridədən geri alaq. Mən də istədim gedim ərizə yazım, amma Nuridə dedi ki, əməliyyatı edə bilməyəcəksiniz. Mən də çarəsiz qaldım. Bundan sonra hər ikisi də günahı bir-birinin boynuna atdı".

Aynur Bayramova etiraz edərək bildirib ki, zərərçəkən düzgün danışmır.

Hakim Azad Məcidov isə ilk dəfə bir prosesdə təqsirləndirilən şəxsin pulu alıb zərərçəkəni bu cür ittiham etdiyini gördüyünü söyləyib.

Daha sonra pulun kimdə olduğu soruşulub. Aynur Bayramova da, Nuridə Seyidova da pulu götürmədiklərini söyləyiblər.

Məhkəmənin qərarı ilə zərərçəkənin istintaqa təqdim etdiyi səs yazıları dinlənilib. Orada Nuridə Seyidovanın pulu qaytaracağı ilə bağlı vədləri öz əksini tapıb.

Məhkəmədə ifadə verən Ömər Məmmədov zərərçəkənin hüquqi nümayəndəsidir. O, Nuridə Seyidovanı Aynur Bayramova vasitəsilə tanıyıb:

"Biz Talassemiya Mərkəzində Akif həkimin gəlişini gözləyirdik. O, bizə bildirdi ki, buradakı vəsaiti tapmaqda çətinlik çəkənlərə Aynur Bayramova kömək edəcək. Biz A.Bayramovaya 10 min dollar verdik. "Çinar Plaza"da ona həmin məbləği təqdim etdim. O da sayıb Nuridə Seyidovanın masasının üzərinə qoydu. Donor axtarışı üçün əlavə 300 manat da ödəmişəm. Dekabrda Aynur Bayramova dedi ki, Türkiyədə 4 nəfər donor tapılıb. Amma əməliyyat olmadı. Daha sonra Aynur Bayramova bizə pulu geri tələb etməklə bağlı mesaj göndərdi. Nuridə Seyidova da pulu geri verəcəyini söylədi. Mən həmin məbləği hər ikisindən də tələb edirəm".

N.Seyidova bildirib ki, problem böyüməsin deyə belə bir addım atıb:

"Mən istəyirdim sizə zərəri ödəyim ki, problem yaranmasın. Çünki imzalar mənim şirkətimə məxsus olub. Amma Aynur Bayramova pulu alıb. Sonra da özünü təmizə çıxarmaq üçün günahı mənim üzərimə atıb".

Zərərçəkən Elnur İsbəndiyarov bildirib ki, ona da həmin vədlər verilib və aldadılıb:

"Talassemiya mərkəzində Akif həkim mənə Aynur Bayramovanı tövsiyə etdi. A.Bayramova da məni tələsdirdi ki, pul tap ver, övladını əməliyyat edək. Mən onlara 25 500 manat pul verdim. Aynur pulu saydı, Nuridənin masasına qoydu. Amma heç nə etmədilər. Pulum batdı. Daha sonra övladımı özüm əməliyyat etdirdim. Lakin övladım həyatını itirdi. İndi vəkillərə demək istəyirəm ki, mənim qızımın başına gələnlər sizin övladınızın başına gəlsə, təqsirləndiriləni müdafiə edərdinizmi? Onların verdiyi pulu aparıb övladınıza yemək ala bilərdinizmi? Mən bu pulu adını çəkdiyim hər iki şəxsdən tələb edirəm. Çünki onlar Vətən müharibəsi qazisini, veteranını və I Qarabağ müharibəsinin şəhidinin qızını aldadanda utanmadılar. Məsuliyyətsiz yanaşdılar. Artıq mənim onların xəstə balasına da yazığım gəlmir. Onların elədiyi hərəkət Azərbaycan qadını adına təhqirdir".

Vəkillər bildiriblər ki, onlar təqsirləndirilən şəxsləri yox, onların hüquqlarını müdafiə edirlər.

Zərərçəkənlər təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsini istəyiblər. Bunun üçün məhkəmədən vəsatət qaldırmalarını xahiş ediblər.

Hakim Azad Məcidov isə bunun onların səlahiyyətində olmadığını söyləyib:

"Mən bu təqsirləndirilənlər kimi yalan vəd verə bilmərəm. Cinayət-Prosessual Məcəlləyə uyğun qərar veriləcək".

Zərərçəkən Mənsur Qarayev də oxşar ifadə verib:

"Qızım talassemiya xəstəsidir. O bu xəstəliyin ən yüksək səviyyəsi olan beta-talassemiyadan əziyyət çəkir. Ona mütəmadi qan köçürməsi lazımdır. Bu proses zamanı bahalı dərmanlar alırıq. Onun sadəcə bir əməliyyatı vardı. Donor isə xəstənin qardaşı və ya bacısından alınmalı idi. Təəssüf ki, ailəmizdə uyğun donor olmadı. Daha sonra Aynur Bayramova ilə tanış olduq. Mənə əməliyyatın 98 min manat olduğunu söylədi. Mən də dedim ki, ancaq 20-30 min tapa bilərəm. O məni Nuridə Seyidova ilə tanış edib kömək edəcəyini söylədi. Digər zərərçəkənlərə verdiyi vədləri mənə də verdi. Mən də ona 25 500 manat pul verdim. Onlara şirinlik verdim, lakin götürmədilər. Etibar qazanmaq üçün bu əməli etdilər".

Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri