Talibandan ABŞ yə gözlənilməz ÇAĞIRIŞ: “Əfqanıstana qayıdın“
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Taliban hərəkatı ABŞ-ni Əfqanıstanda diplomatik mövcudluğunu bərpa etməyə və ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik mövcudluğunu bərpa edə və faydalı qazıntıların hasilatına, bəndlərin və yolların tikintisinə vəsait yatıra bilər.
"Biz hesab edirik ki, müharibə səhifəsi başa çatıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və müsbət qarşılıqlı əlaqələrin yeni səhifəsini açmaq istəyirik", - deyə Muttəqi bildirib.
Bununla belə, nazir vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ölkədə Amerika hərbi mövcudluğunun bərpa olunmasını istəmir.
ABŞ Silahlı Qüvvələri 31 avqust 2021-ci ildə Əfqanıstandan tamamilə çıxıb və bununla da ölkədə 20 illik hərbi mövcudluğunu başa çatdırıb.
ABŞ-nin Kabildəki səfirliyi 15 avqust 2021-ci ildə Taliban hərəkatının hücumu fonunda amerikalı diplomatların təcili təxliyəsi başlayarkən fəaliyyətini dayandırıb. Diplomatik missiya müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Avqust 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















