“Taliban”dan Vaşinqtona çağırış “Səfirliyi açın, sərmayə yatırın”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Taliban” hərəkatı ABŞ-ni Əfqanıstandakı diplomatik fəaliyyətini bərpa etməyə və ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırıb.
“Qafqazinfo” “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaki müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik varlığını qoruyub saxlaya, həmçinin faydalı qazıntıların çıxarılmasına, bəndlərin və yolların tikintisinə investisiya yatıra bilər:
“Biz hesab edirik ki, müharibə səhifəsi bağlanıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan əlaqələr, müsbət əməkdaşlıq üzrə yeni mərhələ istəyirik”.
Bununla belə, nazir Əfqanıstan hakimiyyətinin ölkədə Amerika hərbi varlığının bərpasını istəmədiyini diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri 2021-ci il avqustun 31-də Əfqanıstanı tamamilə tərk edərək ölkədəki 20 illik hərbi mövcudluğuna son qoyub. Birləşmiş Ştatların Kabildəki səfirliyi isə 2021-ci il avqustun 15-də “Taliban”ın hücumu fonunda fəaliyyətini dayandırıb və diplomatik missiya müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Avqust 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















