Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Talibanın əxlaq polisi gənc qadını məcburi evliliyə məcbur etdi Ailəsi onu döyərək cəzalandırdı

Talibanın əxlaq polisi gənc qadını məcburi evliliyə məcbur etdi Ailəsi onu döyərək cəzalandırdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

19 yaşlı Samira ötən ilin iyul ayında Kabildə işlədiyi xalça emalatxanasına maaşını almaq üçün gedəndə bunun həyatının ən ağır günü olacağını təsəvvür belə etmirdi. Çünki bir neçə saat sonra Talibanın polis idarəsində zorla evləndiriləcək və gələcəyi silahlı bir qrup tərəfindən müəyyən ediləcəkdi...

Həmin səhər Samira işdə olmayıb, yalnız maaşını almaq üçün gedib. müdiri işçilərlə birlikdə nahar etdiyi üçün o, mağazanın qapısında gözləmək məcburiyyətində qalıb. Lakin həmin anda Talibanın "əxlaq polisi" də həmin ərazidə patrul xidməti aparırmış.

Qaynarinfo xəbər verir ki, Samiranın həyatında baş verən dəhşətli hadisələrlə bağlı "The Guardian" yazıb.

"Emalatxana evdən bir saatlıq piyada məsafədə idi, ona görə də gözləmək məcburiyyətində qaldım. Mağaza əsas yolun yaxınlığında yerləşirdi. Təəssüf ki, Taliban yanımdan keçəndə qapının önündə otururdum və onlar məni gördülər", deyə gənc əfaqan qadın danışır.

Taliban qanunlarına görə, qadınlar evdən kənarda danışa, üzlərini göstərə və ya kişi qohumları olmadan səyahət edə bilməzlər. "Şəriət" adlandırılan bu qaydalara nəzarət etmək üçün əxlaq polisi küçələrdə patrul xidməti aparır. İnsan hüquqları fəallarının bildirdiyinə görə, Taliban rəsmiləri yerindəcə insanların taleyi ilə bağlı qərarlar qəbul edə və hətta onları evlənməyə məcbur edə bilərlər.


Maaş almaq üçün getdi, zorla evləndirildi

Taliban 12 yaşdan yuxarı qızların məktəbə getməsinə icazə vermədiyindən, xalça toxuma işi təhsildən məhrum qalan qadınların çalışa bildiyi azsaylı sahələrdən biridir. Samira ilə birlikdə 20-dən çox qadın və qız, yoxsul bir məhəllədə yerləşən tikilməmiş binanın zirzəmisində xalça toxuyur və aylıq təxminən 7 min Afgani (təxminən 160 AZN) qazanırmış.

Taliban polis əməkdaşları Samiranı gördükdə dərhal ona yaxınlaşıb sorğu-sual ediblər:

"Bu kişi sənin nəyindir? Niyə təkbaşına buradasan? Burada nə edirsən? Qohumun olmayan bir kişi ilə necə birlikdə ola bilərsən?"

Əxlaq polisi Samira və 42 yaşlı müdirini "əxlaqsız davranışda" ittiham edərək həbs edib və onların ailələri ilə əlaqə saxlayıb.

"Məni nə qədər sorğu-suala çəksələr də, dayanmadan təhqir etdikləri üçün heç bir cavab verə bilmədim. Bizi zorla maşınlarına mindirib polis idarəsinə apardılar", deyə Samira xatırlayır.

Samira qorxudan atasının telefon nömrəsini verməyib. Bu səbəbdən onun bacısı Yasmin və bacısının əri polis idarəsinə gəlib. Onlar Samiranın həbs olunacağından ehtiyat edərək, onun müdiri ilə nişanlı olduğunu deyiblər. Eyni səbəbdən müdiri Məhəmmədin ailəsi də bu yalanı təsdiqləyib.

Taliban isə heç bir araşdırma aparmadan, artıq ailəli və iki uşaq atası olan Məhəmməd ilə Samiranı elə həmin gün polis idarəsində evləndirib.


Ailəsinin qəzəbi: Amansız cəza

Taliban rəsmiləri nikahdan sonra Samiranı Məhəmmədin evinə göndərsələr də, onun əzabları bununla bitməyib. Hadisəni eşidən atası, əmiləri və böyük qardaşları qəzəblənərək Məhəmmədin evinə hücum ediblər. Onlar Samiranı çubuq və kürəklərlə amansızcasına döyüblər. Altı ay keçməsinə baxmayaraq, alnındakı yaraların izləri hələ də qalmaqdadır.

Samiranın bacısı Yasmin onu öz evinə aparmaq istəsə də, ataları buna icazə verməyib. O, ailə şərəfinin ləkələndiyini düşünərək qızını qəbul etməyib.

"Dəfələrlə üzr istədim, Samiranın heç bir günahı olmadığını və bunun yanlış anlaşılma olduğunu izah etməyə çalışdım. Taliban artıq getdiyinə görə, onun evə qayıtmasına icazə verməsini istədim. Amma heç kim, hətta anam da məni dinləmədi. Yalnız bir "nişanlıdırlar" sözümüz bacımın həyatını məhv etdi", deyə Yasmin bildirib.


Samiranın arzuları və məhv olmuş gələcəyi

Samira uşaqlıqda mühəndis olmaq arzusunda olub, lakin məktəbdən çıxarıldıqdan sonra qardaşları ona "Bir qızın mühəndisliklə nə işi var? Atan sənə ər tapacaq və məsələ bitəcək" deyiblər.

Hazırda Samira Məhəmməd və onun ilk arvadı ilə birgə yaşamağa məcburdur. O, depressiya ilə mübarizə apardığını və sığınacaq tapa biləcəyi yeganə yerin bacısının evi olduğunu bildirir. Ailəsi, xüsusilə də atası və qardaşları onunla danışmır.

"Ailəmdəki kişilər Talibanın özü kimidir. Hadisənin əslini bilmədən, məni günahlandırmağa və zorla evləndirməyə haqqı olduqlarını düşündülər", deyə Samira bildirib.

Taliban iddiaları rədd edir

İnsan hüquqları təşkilatı Ravadarinin direktoru Şahərzad Əkbər bildirib ki, Samiranın başına gələnlər nadir hadisə deyil, lakin çox qadın danışmaqdan qorxur.

Taliban isə məsələni inkar edir. "The Guardian" qəzetinə açıqlama verən bir Taliban rəsmisi bu iddiaları "yalan" adlandıraraq, belə halların baş vermədiyini iddia edib:

"Heç bir qurum və ya şəxs bacılarımızdan heç birini zorla evləndirə bilməz. Bu iddia bizə rəsmi şəkildə təqdim edilməyib, əgər edilsəydi, araşdırılardı. Bu cür xəbərlər həqiqəti əks etdirmir".

Bununla belə, BMT-nin Əfqanıstanda insan hüquqları üzrə xüsusi məruzəçisi Riçard Bennett qeyd edib ki, Talibanın 2021-ci ilin dekabrında zorakı evlilikləri qadağan etməsinə baxmayaraq, Əfqanıstanda erkən və məcburi evliliklər getdikcə artır:

"Talibanın üzvləri də daxil olmaqla, bir çox əfqan mənə zorla evliliklərin geniş yayıldığını və xüsusilə kənd yerlərində bunun cəzasız qaldığını bildirir. Qızların təhsil hüququnun məhdudlaşdırılması, onların erkən evlilik və istismara daha çox məruz qalmasına yol açır. Bu cür evliliklər qadınlar üçün evlilik içi təcavüz, istismar və məcburi hamiləlik kimi daha çox əzablara səbəb olur".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri