Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Tam ciddi sözümdür...

Tam ciddi sözümdür...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Dünən Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniyadan geri qəbul edilib. Dövlət Miqrasiya Xidməti bu haqda məlumat yayıb. Həmin 17 nəfərin geri göndərilməsi “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas aprelin 25-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında nə demişdi? Xatırladıram. O, demişdi ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.

Bəli, doğrudur, bunu bu postda Kallasdan əvvəl oturanlar da deyirdi. Ancaq indi kontekst də fərqlidir axı. Avropanın ən əsas lokomotivlərindən olan Almaniyada Fridrix Mersin başçılığı ilə yeni hökumət quruldu. Kansler Mers "Almaniyanın Trampı" adlandırılır. O, vəzifəsinin icrasına qanunsuz miqrantlar problemindən başlayıb. Bu da təsadüfi deyil. Ümumiyyətlə, ABŞ-da Trampın, Almaniyada Mersin hakimiyyət başına keçmələrini heç də təsadüf saymaq olmaz; Qərb cəmiyyətləri də, dərin dövlətlər də qanunsuz miqrant problemindən narazı və narahatdır. Bu məsələnin həllinə dair daha inandırıcı mesajlar verən siyasətçilərə yaşıl işıq yandırırlar. Deməli, adı keçən siyasi qüvvələr və şəxslər hakimiyyətə elə-belə, səbəbsiz-filansız gəlməyiblər. Onların hər birinin özünəxas gündəliyi var, gəlmələr məsələsi də o gündəlikdə ön sırada olan məsələlərdən biridir. Burda təsadüf var?! Əlbəttə, yox.

Anatol Frans bu haqda maraqlı bir söz deyib: "Təsadüf Tanrının öz imzasını qoymaq istəmədiyi zaman istifadə etdiyi ləqəbdir".

Bu, o deməkdir ki, ictimai həyatda da, fərdin həyatında da təsadüf deyilən heç nə yoxdur. Xarici ölkələrə sığınıb Azərbaycan əleyhinə iş aparan, təbliğat aparan şəxslərlə bağlı Azərbaycan Baş Prokurorluğunun addımlarını götürək. Təsadüfdən əsər-əlamət yoxdur. Bu, düşünülmüş, sistemli bir prosesin, sadəcə, başlanğıcıdır.

Bir çoxlarının "söyüş müxalifəti", "söyüşcül blogerlər" və sair adlarla tanımladığı "siyasi qaçaqlar" barəsində Baş Prokurorluqda cinayət işləri başladılıb, həmin şəxslərin böyük bir qismi istintaqa çağırılıb.Həmin şəxslər özləri, eləcə də, Azərbaycanın özündəki müxalif kəsimin bəzi təmsilçiləri bu prokuror çağırışlarını ironiya ilə qarşılayıblar.

Vaxt var idi, həmin adamların çoxu, ya da bəlkə hamısı başqa fikirləri və çağırışları da ironiya ilə qarşılayır, lağa qoyurdular. Məsələn, Azərbaycanın mütləq Qarabağı geri alacağı barədə deyilənləri götürək. Azərbaycan dövlətinin rəhbəri 2020-ci ilin sentyabrına qədər dəfələrlə deyirdi: "Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik... danışıqlar yolu ilə olmasa da, hərbi yolla torpaqlarımızı azad edəcəyik" və sair və ilaxır. Yəqin ki, bu bəyanatları, bu vədləri heç kəs unutmayıb (yaddaşı çox qısa olanlardan başqa). Doğruldumu bu vədlər?! Doğruldu. Həm də necə! Biz heç birimiz Şuşanın geri alınacağına sona qədər inana bilmirdik. Bunu gördük. Xankəndini gördük. Hələ Laçını, Kəlbəcəri... demirəm. Amma ölkə prezidenti İlham Əliyev bu torpaqlara tezliklə gedəcəyimizi, bu torpaqların yenidən bizim olacağını deyəndə məlum kəsim ağız büzürdü.

"Lazı ordan gəldi, Lazım burdan getdi" rişxənd edirdilər. Nəticədə nə baş verdi?! Özləri gülünc duruma düşdülər.

İndi də eynilə həmin səhvi təkrarlayırlar; Azərbaycanda öz barələrində qaldırılmış cinayət işlərini məsxərəyə qoyurlar. Ümumiyyətlə, bəzi adamlar ən ciddi məsələləri ən bayağı formada şərh etməyə, lağa qoyub, öz aləmində gülüş obyektinə çevirməyə çalışır. Bu, 2003-cü ildə də olmuşdu; İlham Əliyevin hakimiyyətə gələcəyi haqda proqnozları ciddi qarşılamaqdan imtina etmişdilər. Amma budur, İlham Əliyev 20 ildən çoxdur ki, ölkəyə rəhbırlik edir. Burda qeyri-ciddi olan kimlər oldu?! Məlum.

İndi Azərbaycanda - Baş Prokurorluqda barələrində cinayət işi qaldırılmış və istintaqa çağırılmış şəxslərə tövsiyə edərdim ki, ən azı bu məsələyə ciddi yanaşsınlar. Çünki çox gec ola bilər. Azərbaycandakı və Azərbaycanın ətrafındakı proseslərə tənqidi yanaşmalara bir sözüm yoxdur. Amma təhqir kampaniyalarına qarşıyam. Özlərini haqlı saydıqları halda haqsız duruma düşənləri deyirəm. Mən bu haqda əvvəllər də öz fikirlərimi açıq demişəm. Xarici dövlətlərin, bir çox hallarda kəşfiyyatların çətiri altında çox da etibarlı gizlənmək mümkün deyil. Bir gün, bir yerdə maraq ticarətində xərclənib getmək ehtimalı həmişə var. Dünyadakı yeni qlobal geopolitik zəlzələ fonunda bu ehtimal daha da artır. Yeri gəlmişkən, tam ciddi deyirəm. Məndən demək...

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri