Icma.az
close
up
RU
Tam qələbə...

Tam qələbə...

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev ənənəvi olaraq hər il Novruz bayramı tonqalını məhz həmin torpaqlarda alışdırır. Bu, bir tərəfdən dövlət başçısının xalqımızın adət-ənənələrinə, onların qorunub saxlanılmasına, yaşadılmasına verdiyi dəyəri göstərir. Digər tərəfdən isə bayram günü uzun illərin torpaq həsrətindən sonra doğma yurdlarına qayıdan insanların yanında olmaqla dövlət başçısı onlara mənəvi güc, dəstək verir.

Bu il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Qeyd edək ki, sakinlər 33 ildən sonra bu əraziyə, doğma ata-baba yurduna qayıdıblar. Kəndə 606 ev var ki, ilkin olaraq 92 ev təmir edilib, 50 ailə artıq köçüb. Ayın sonunadək daha 40 ailə də köçəcək.

Prezidenti İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim edib.

Bu gün dünyanın ən müxtəlif regionlarında müharibələr, münaqişələr, toqquşmalar davam edir. Həmin münaqişələri dayandırmaq, həll etmək mümkün görünmür. Yaxın Şərqdəki qanlı toqquşmalar, İsrail-Fələstin münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və s. həlli mürəkkəb olan münaqişələrdir. Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsində heç bir tərəf ciddi nəticə əldə edə bilməyib.

Azərbaycan uzun illər ərzində yeganə dövlət oldu ki, öz ərazilərinin işğalına son qoydu, 44 günlük müharibə və bir günlük antiterror tədbirləri ilə tam qələbə qazandı. Bu gün də ermənilərin vəhşicəsinə dağıtdığı, viran qoyduğu ərazilərimizi təkbaşına yenidən tikir, bərpa edir, eyni zamanda, mina kimi qorxulu düşmənlə mübarizə aparır.

Əlbəttə ki, tarixə nəzər salanda, heç də bütün müharibələrin tam qələbə ilə bitdiyini demək mümkün deyil. Ona görə də Azərbaycanın müharibə texnikası, uğurlu hərbi əməliyyatları dünyada aparıcı hərbi ekspertlər, beyin mərkəzləri, bir çox xarici ali məktəblər tərəfindən öyrənilir, araşdırılır.

Təbii ki, qələbəmizi şərtləndirən əsas amillər Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, onun rəhbərliyi ilə qurulan peşəkar, güclü, nizami Azərbaycan Ordusu və xalq-dövlət birliyi oldu.

Prezident İlham Əliyev Suqovuşan kəndində yerli sakinlərlə görüşdə bu məqamlara diqqət çəkib: "Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir".

Dövlət başçısı deyib ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi: "Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq".

Prezident bildirib ki, ilyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı.

Azərbaycan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri ilə tarix yazdı. Bu tarixin yəqin ki, ikinci nümunəsi olmayacaq. Çünki prosesə şəxsən nəzarət edən Ali Baş Komandan İlham Əliyev bütün məsələləri incə detallarına kimi bilirdi və qəbul edilmiş düzgün qərarlar şanlı zəfərimizi qəmin etdi.

İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Əfqanıstana, ABŞ-nin Vyetnama, Koreyaya, İraqa, Əfqanıstana müdaxilələrinin heç birində tam qələbə əldə olunmadı və sonda o ölkələri tərk etməyə məcbur qaldılar.

Azərbaycanın apardığı müharibəni, antiterror əməliyyatlarını fərqləndirən bir cəhət də oldu. Dövlətimiz müharibəni ləyaqətlə apardı. Yəni mülki əhaliyə, mülki infrastruktura zərər vermədən. İndi Qəzzada, Rusiya-Ukrayna müharibəsində minlərlə mülki insan, o cümlədən uşaqlar öldürülür, yaşayış yerləri dağıdılır. Azərbaycan isə bir günlük antiterror əməliyyatlarında mülki əhaliyə çıxmaq üçün xüsusi şərait yaratdı, onların təhlükəsiz hərəkətini təmin etdi. Əhali qabaqcadan radio, TV və xüsusi yayımlanan vərəqələr vasitəsilə xəbərdar edildi. Ermənilər raket qurğularını mülki obyektlərdə yerləşdirsələr belə, həmin obyektlərə heç bir zərər verilmədi.

Beləliklə, istər hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi, istərsə də əhalinin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi baxımından unikal müharibə və hərbi əməliyyatlar nümunəsini ortaya qoydu.

Nəhayət, Azərbaycan dövləti müharibə cinayətkarlarının saxlanılması və məsuliyyətə cəlb olunmasını da özü təmin etdi. Yəni dövlətimiz öz gücünə, heç kimə arxalanmadan, kiminsə himayəsi olmadan bütün prosesləri apardı və öhdəsindən böyük peşəkarlıqla gəldi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, öz yolunu getdi. Bu gün də antiazərbaycançılar fəaliyyətdədirlər, amma ölkəmiz bütün xarici təsir cəhdləri neytrallaşdıra bildi. Bundan sonra da bu cür kampaniyaların heçə endiriləcəyini əminliklə demək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri