Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

U 17 millisi Gəncədə

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Tam iş günü prinsipi məktəbləri dəyişəcək EKSPERT

Tam iş günü prinsipi məktəbləri dəyişəcək EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlərin maaşı aylıq ümumi iş saatları nəzərə alınaraq hesablanmalıdır

Azərbaycan müəllimlərinin əməkhaqqı və statusu uzun müddətdir ictimai diqqət mərkəzindədir. Hazırda ölkədə tətbiq olunan saat hesabı əsasında əməkhaqqı sistemi müəyyən problemlər yaradır və müəllimlərin əməyi ilə bağlı yanlış təsəvvürlərə səbəb olur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu vəziyyəti təkmilləşdirmək məqsədilə tamştatlı müəllim konsepti üzərində iş aparılır. Yeni yanaşma müəllimlərin məktəbin tamhüquqlu üzvü olduğunu hiss etməsini təmin etməklə yanaşı, onların əməkhaqqısının ölkə üzrə orta göstəricidən xeyli yüksək olmasını nəzərdə tutur. Nazir həmçinin qeyd edib ki, bu təşəbbüs müəllimlərin yalnız dərs saatlarını artırmaqla əməkhaqqı qazanmasını əvəz edəcək, həmçinin daha şəffaf və ədalətli ödəniş mexanizmi yaratmağı hədəfləyir. Bu prosesin tətbiqi yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq və mövzu ətrafında konstruktiv fikir mübadiləsinə şərait yaradılacaq: “Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır. Eyni zamanda müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir. Bir daha qeyd edirəm ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov “Sherg.az”a açıqlamasında bildirib ki, müəllimlərin məktəbdə tam iş günü prinsipi ilə işləməsi üçün bir sıra vacib və strukturlaşdırılmış tədbirlər görülməlidir. Onun fikrincə, hər müəllimə ya şəxsi ofis, ya da sabit olaraq ona ayrılmış sinif verilməli, həmin sinifdə kompüter və internet bağlantısı, eləcə də kompüterin bağlı olduğu mərkəzi printer təmin olunmalıdır: “Bu, müəllimlərin dərs planlaması, qiymətləndirmə, hesabatların hazırlanması və digər inzibati işləri səmərəli şəkildə yerinə yetirməsinə imkan yaradır”.

Q.Məhərrəmov həmçinin qeyd edib ki, müəllimlərə gündəlik 30-60 dəqiqəlik günorta fasiləsi verilməli, bu fasilə onların enerji toplamasına, stressi azaltmasına və günün ikinci yarısında daha məhsuldar işləməsinə şərait yaratmalıdır: “Eyni zamanda, məktəbdə müəllimlər üçün ayrıca istirahət otağı olmalı, burada çay, kofe və digər içkilər üçün şərait, həmçinin oturmaq üçün kifayət qədər məkan və rahat mebel təmin edilməlidir. Yeməkxana və ya bufetdə müəllimlər üçün arakəsmə ilə ayrılmış xüsusi yer olmalıdır ki, müəllimlər evdən gətirdikləri naharı rahat yeyə bilsin, həmçinin həmkarları ilə ünsiyyət zamanı özlərinə məxsus komfortlu mühitdə olsunlar. Həftəlik dərs yükünün 18-25 saat arasında müəyyən edilməsi də vacibdir; qalan iş saatları isə dərs planlaması, qiymətləndirmə, müəllimlər arası koordinasiya və tələbələrlə fərdi işlərə sərf edilməlidir”.

Mütəxəssis həmçinin qeyd edib ki, müəllimlərin maaşı aylıq ümumi iş saatları nəzərə alınaraq hesablanmalıdır, yəni yalnız dərs saatları deyil, həm də əlavə pedaqoji fəaliyyətlər və məktəbdə sərf olunan digər işlər əməkhaqqında əks olunmalıdır: “Bu yanaşma müəllimlərin peşəkarlığını artırmaqla yanaşı, məktəblərdə pedaqoji prosesin səmərəliliyini yüksəldir, şagirdlərlə və valideynlərlə keyfiyyətli ünsiyyət imkanlarını genişləndirir və dərs xaricində fərdi inkişaf və layihələr üçün münbit şərait yaradır. Tamştatlı müəllim konsepti yalnız əməkhaqqı və iş saatlarının tənzimlənməsi deyil, həm də məktəbdə müasir iş mühitinin yaradılması, müəllimlərin motivasiyasının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından strateji əhəmiyyətə malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see243

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see232

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see193

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see192

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see191

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see188

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see183

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see183

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see181

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see180

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri