Icma.az
close
up
RU
“Tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış olacaq”

“Tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış olacaq”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“”Şahnamə” tamaşasının məqşləri başlayıb. Hələlik oxunuş mərhələsindəyik. Səhnə əsəri yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” əsəri əsasında hazırlanır. Tamaşa Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Səfəvilər dövləti, Şah Abbas haqqındadır. Səhnə əsəri 4 hissədən ibarət əsərdir. Birinci hissə Şah Abbasın 16 yaşında taxta çıxdığı zaman haqqındadır. Bu hissənin adı “Şətrənc”dir, yəni şahmat. İkinci hissə “Qan qoxusu”dur. Bu artıq Şah Abbasın 25 yaşı olduğu zaman ona qarşı hazırlanan çevriliş planını darmadağın etməsi barədədir. Üçüncü hissə “Zindan” adlanır. Bu hissədə Şah Abbasın yaşı 40-ı keçdikdən sonra kamillik dövrü təsvir olunur. Dördüncü hissə isə onun ölümqabağı özünə vəliəhd seçməsi haqqındadır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında “Şahnamə” tamaşasının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov tamaşa haqqında danışarkən deyib.

Əməkdar artist qeyd edib ki, tamaşada 4 Şah Abbas var: “Birinci bölümdə Şah Abbas rolunda mənim oğlum Sənan Kazımovdur, ikincidə Niyaz Qasımov və Bəhram Əliheydər, üçüncü bölümdə dublyor olaraq Şah Abbas mən və Elnur Kərimov, sonuncu bölümdə isə Şah Abbas Xalq artisti Qurban İsmayılovdur. Bundan başqa tamaşada Milli Gənc Tamaşaçılar Teatrının sevilən, istedadlı, bacarıqlı aktyorları da rol alıb. Aktyor heyətinin sayı 30-dan çoxdur. Onların içində əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov, Nofəl Vəliyev, aktyorlardan Kərəm Hadızadə, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Anar Səfiyev və bir çoxları iştirak edir. Kiminsə adını demədimsə məndən inciməsinlər. Gənc aktyorlarımız da iştirak edir. Düşünürəm ki, inşallah mart ayının sonuna tamaşaçıları maraqlı bir tamaşa gözləyir. Tamaşanın rəssamı Mustafa Mustafayevdir. Tamaşada dövrə uyğun musiqilərdən istifadə edəcəyik. Musiqi tərtibatı olacaq”.

N.Kazımov vurğulayıb ki, bu səhnə əsəri ilə tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış ola biləcək: “Düşünürəm ki, teatrımızın repertuarında heç olmasa 2 ildən bir Azərbaycan dövlətçiliyinin tarixini əks etdirən tamaşa olmalıdır. Biz də bu yolda Milli Gənc Tamaşaçılar Teatrı adını doğrultmaqdan ötrü əlimizdən gələni əsirgəməyəcəyik”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri