Icma.az
close
up
RU
“Tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış olacaq”

“Tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış olacaq”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında eyniadlı tamaşa hazırlanır. Səhnə əsərinin məşqləri artıq başlayıb.

Tamaşa haqqında quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov “Xalq Cəbhəsi”nə məlumat verib.

“Tamaşa Səfəvilər dövləti, Şah Abbas haqqındadır”

”Şahnamə” tamaşasının məqşləri artıq başlayıb. Hələlik oxunuş mərhələsindəyik. Səhnə əsəri yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” əsəri əsasında hazırlanır. Tamaşa Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Səfəvilər dövləti, Şah Abbas haqqındadır. Səhnə əsəri 4 hissədən ibarətdir. Birinci hissə Şah Abbasın 16 yaşında taxta çıxdığı zaman haqqındadır. Bu hissənin adı “Şətrənc”dir, yəni şahmat. İkinci hissə “Qan qoxusu”dur. Bu artıq Şah Abbasın 25 yaşı olduğu zaman ona qarşı hazırlanan çevriliş planını darmadağın etməsi barədədir. Üçüncü hissə “Zindan” adlanır. Bu hissədə Şah Abbasın yaşı 40-ı keçdikdən sonra kamillik dövrü təsvir olunur. Dördüncü hissə isə onun ölümqabağı özünə vəliəhd seçməsi haqqındadır”.

Əməkdar artist qeyd edib ki, tamaşada 4 Şah Abbas var: “Birinci bölümdə Şah Abbas rolunda mənim oğlum Sənan Kazımovdur, ikincidə Niyaz Qasımov və Bəhram Əliheydər, üçüncü bölümdə dublyor olaraq Şah Abbas mən və Elnur Kərimov, sonuncu bölümdə isə Şah Abbas Xalq artisti Qurban İsmayılovdur. Bundan başqa tamaşada Milli Gənc Tamaşaçılar Teatrının sevilən, istedadlı, bacarıqlı aktyorları da rol alıb. Aktyor heyətinin sayı 30-dan çoxdur. Onların içində əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov, Nofəl Vəliyev, aktyorlardan Kərəm Hadızadə, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Anar Səfiyev və bir çoxları iştirak edir. Kiminsə adını demədimsə məndən inciməsinlər. Gənc aktyorlarımız da iştirak edir. Düşünürəm ki, inşallah mart ayının sonuna tamaşaçıları maraqlı bir tamaşa gözləyir. Tamaşanın rəssamı Mustafa Mustafayevdir. Tamaşada dövrə uyğun musiqilərdən istifadə edəcəyik. Musiqi tərtibatı olacaq”.

N.Kazımov vurğulayıb ki, bu səhnə əsəri ilə tamaşaçılar Azərbaycan tarixinin şanlı səhifələrindən biri ilə yaxından tanış ola biləcək: “Düşünürəm ki, teatrımızın repertuarında heç olmasa 2 ildən bir Azərbaycan dövlətçiliyinin tarixini əks etdirən tamaşa olmalıdır. Biz də bu yolda Milli Gənc Tamaşaçılar Teatrı adını doğrultmaqdan ötrü əlimizdən gələni əsirgəməyəcəyik”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri