Tamştatlı müəllimlərin seçimi üçün meyarlar müəyyənləşdiriləcək Eşqi Bağırov
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Tamştatlı müəllim modelinin tətbiqinə 2027-ci ildən başlanılması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə bu model adambaşına maliyyələşmə sisteminə keçən məktəblərdə tətbiq olunacaq.
“Tamştatlı müəllimlərin seçimi üçün daha ətraflı meyarlar müəyyənləşdiriləcək. İlkin yanaşmaya əsasən, seçim zamanı sertifikatlaşdırmada yüksək nəticə göstərən, yeni iş rejimində çalışmağa maraq göstərən və tələb olunan peşəkar səriştələrə malik müəllimlərə üstünlük veriləcək”.
MÜTDA direktoru qeyd edib ki, hazırda bəzi yüksək nəticəli müəllimlərin məktəblərdə cəmi 6 və ya 12 saat dərs yükü ilə çalışması halları mövcuddur. Onun fikrincə, müəllimin məktəblə əlaqəsi yalnız dərs saatları ilə məhdudlaşmamalıdır.
E.Bağırov onu da vurğulayıb ki, tamştatlı müəllim dərslə yanaşı, şagirdlərin nəticələrinin qiymətləndirilməsi və təhlili, zəif nəticə göstərən şagirdlərlə əlavə iş və valideynlərlə ünsiyyət kimi fəaliyyətlərə də daha çox vaxt ayırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 Sentyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















