Icma.az
close
up
RU
TANAP Avropaya qaz tədarükündə strateji rolu icra etməkdədir

TANAP Avropaya qaz tədarükündə strateji rolu icra etməkdədir

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir”. AYNA bildirir ki, bunu “SOCAR Türkiyə”nin Baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən illik mətbuat konfransında deyib.

Bildirib ki, TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyəni enerji dəhlizənə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir: “TANAP tərəfdaşlıq strukturu; SGC 51%, SOCAR Türkiyə 7%, BOTAŞ 30% və BP Pipelines Limited 12%. Ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik Faza 0 hissəsində verilib. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində başlayıb. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda Faza 1 hissəsi tamamlanmış, 1.811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilmişdir. 31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı Avropaya çatdırılıb. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard m3 Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard m3 təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard m3 olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard m3 çatdırılması nəzərdə tutulub. TANAP regionun ən uzun (1.811 km) və ən böyük diametrli (56”) təbii qaz kəməridir. TANAP quruda 2.760 metr hündürlükdə, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilib".

"31 dekabr 2024-cü il tarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetrdir. Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 30,80 milyard kubmetr, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 42,74 milyard kubmetrdir", E.İbadov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri