Icma.az
close
up
RU
Tanıdığımız Qarabağ üçün ev səfər amili ciddi önəm daşımır Şahin Diniyev

Tanıdığımız Qarabağ üçün ev səfər amili ciddi önəm daşımır Şahin Diniyev

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Sofiya ÇSKA-sı ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ" bu gün Bolqarıstan təmsilçisi ilə səfərdə üz-üzə gələcək. Bugünkü görüşün güclüsü cütün də qalibi olacaq. Bakıdakı matçda xeyli əziyyət çəkən "Qarabağ"ın səfər oyunu ilə bağlı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrəndik.

Təcrübəli mütəxəssis Fanat.Az-a açıqlamasında oyundan gözləntilərini belə bölüşdü: 

"Qarabağ"ın "ÇSKA Sofiya" ilə Bakıdakı oyunu ağır keçdi. Bununla belə, şanslar 50-nin 50-yədir. Komandamızın üstünlüyü ondadır ki, yetərincə avrokubok təcrübəsi var. "ÇSKA Sofiya" və ondan qat-qat çətin komandalarla qarşılaşıb, uğurlu nəticələr əldə edib. Hətta bir çox qarşılaşmalarda evdə zəif oynamasına baxmayaraq, rəqib meydanında daha yaxşı nəticə qazanıb, cütün taleyini məhz səfərdə həll edib. Yəni tanıdığımız, adət etdiyimiz "Qarabağ" üçün ev-səfər oyunu ciddi önəm kəsb etmir. Onlar böyük azarkeş kütləsi önündə də sakitcə öz oyununu oynaya bilir. Ancaq doğrudur, hazırki komandada xeyli dəyişiklik olub, heyətət son illərdə olmadığı qədər legioner cəlb olunub. Bunun yaxşı və pis tərəfləri var. İndiki halda həmin soyuqqanlığın qorunub-qorunmamasından ehtiyatla danışmaq lazım gəlir. Həmin ab-hava qalırmı? Bunu axşam görəcəyik. Sirr deyil ki, rəqibin düşərgəsində böyük motivasiya var. Bakıdakı inamlı oyun və heç-heçə hesabı onları ümidləndirib. "Qarabağ" özünə xas üslubda, təmkinlə oynayarsa, fərqlənmək üçün şansı olacaq. İnanıram ki, mərhələni adlayan tərəf "Qarabağ" olacaq".

Sofiyadakı "Vasil Levski" stadionunda reallaşacaq ÇSKA - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək.  

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://fanat.az
archiveBu xəbər 30 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri