Icma.az
close
up
RU

Tanınmış adaşlar Samir Şərifovlar Onları kimlər qarışıq salır...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın siyasət, mədəniyyət, ədəbiyyat, idman, ictimai, hərbi, media və digər  sahələrində ad və soyadları eyni olan bir çox tanınmış simalar var. Bəzən onlar haqqında hər hansı məlumat veriləndə kimlərsə bu adaşları ayıra bilmir, qarışıq salır, yalnız şəkillərinə baxandan sonra söhbətin kimdən getdiyini ayırd edə bilirlər. Tanınmış adaşları bəzən hətta media da səhv salır: hansısa saytda xəbər dərc olunur, diqqətsizlik üzündən yazı və onunla birlikdə təqdim edilən şəkildə hər iki adaş görünür. Bir sözlə, adaşlar jurnalistləri də çaşdırır.
Modern.az saytı çoxdandır ara verdiyi “Tanınmış adaşlar” rubrikasını yenidən davam etdirir.
Rubrikamızın budəfəki yazısında Samir Şərifovlardan bəhs edəcəyik.
Bu ad-soyadı daşıyan tanınmış məmur hazırda sosial şəbəkələrdə müzakirə olunur. Müzakirələrə səbəb 19 ildir maliyyə naziri işləyən Samir Şərifovun həmin vəzifədən azad edilməsi və Baş nazirin müavini postuna aparılmasıdır.
Bu gün sosial şəbəkələrdə “Samir Şərifov vəzifəsindən azad olundu” sözləriniə rast gələndə, yəqin ki, bəzilərində istər-istəməz sual yarandı: hansı Samir Şərifov? Axı geniş ictimaiyyət eyni ad-soyadda iki yüksək çinli məmur tanıyır...
Maraqlıdır ki, onların hər ikisinin də tərcümeyi-halında Xarici İşlər Nazirliyi sistemində çalışdıqlarına dair qeydlər var.
Baş nazirin 64 yaşlı yeni müavini Samir Şərifov 19 il idi ki, eyni vazifədə - maliyyə naziri postunda çalışırdı.
1983-1991-ci illərdə keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini işləyib.
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş direktor vəzifələrini tutub.
2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.
Samir Şərifov 2006-cı il aprelin 18-də Azərbaycan Respublikasının maliyyə naziri təyin olunub.
Bu gündən isə yeni vəzifəsində - Baş nazirin müavini postunda çalışacaq.


Digər Samir Şərifov adaşı ilə müqayisədə bir qədər cavandır – 49 yaşı var.
Hazırda xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
Beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb, aspiranturda oxuyub.
2000-ci ildən diplomatiya sahəsində işləməyə başlayıb. Dörd il Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq hüquq və müqavilələr idarəsində, üç il Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində çalışıb.
2007-2009-cü illərdə yenidən XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində işləyib. 

2009-2014-cü illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katib və müşaviri vəzifələrini tutub. 

2014-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində rəis müavini, 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin  müşavir-elçisi vəzifəsində çalışıb.

2021-2023-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifəsində çalışıb.
8 iyul 2023-cü il tarixində ona “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib. 8 sentyabr 2023-cü il tarixli sərəncamla isə xarici işlər nazirinin müavini təyin olunub.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri