Tanınmış aktyor da Bəy Mamed dən şikayətçidir: MTK sahibi nə cavab verdi?
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər.
Onlar bildiriblər ki, su bəzən günlərlə verilmir. Sakinlər, həmçinin binanın havalandırma sisteminin işləmədiyini və bu səbəbdən ərazidə pis qoxunun yarandığını deyiblər.
Ərazidə fəaliyyət göstərən restoranla bağlı da narazılıq səsləndirilib. Sakinlər gecə saatlarınadək səs-küy olduğunu və restoranın müştərilərinin öz avtomobillərini həyətə park etdiyini bildiriblər.
"Mavi dəniz" restoranı var. Bütün gün ərzində səs-küy olur. Qonaqlar gəlir, yeyib-içirlər, özləri üçün şənlik keçirirlər, biz isə evdə narahat oluruq", - deyə şikayətçi, tanınmış aktyor Əlixan Rəcəbov narazılığını dilə gətirib.
MTK sahibi Məmməd İsmayılov səsləndirilən iddiaların bir qisminə münasibət bildirib. Onun sözlərinə görə, ərazidə uşaqlar üçün futbol və voleybol meydançaları, idman avadanlıqları və istirahət üçün yerlər yaradılıb.
M.İsmayılov, həmçinin Səbail rayonunda su təminatı ilə bağlı ümumi problem olduğunu bildirib və ərazidəki suyun keyfiyyətinin laboratoriyada yoxlanılması üçün aidiyyəti qurumlara müraciət etdiyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















