Icma.az
close
up
RU
Tanınmış aparıcı efirdəki biabırçılıqdan danışdı “30 ildir…”

Tanınmış aparıcı efirdəki biabırçılıqdan danışdı “30 ildir…”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təəssüf ki, aparıcılarımızın əksəriyyətinin söz ehtiyatı kifayət qədər deyil. Bunu bütün aparıcılara aid etmirəm, amma belə hallar çoxdur. Hətta təkcə şou verilişlərində deyil, tok-şoularda və siyasi proqramlarda da bu problemlə qarşılaşırıq”.

Bunu “Yeni Sabah”a teleaparıcı Amil Xəlil deyib.

O bildirib ki, bəzi aparıcılar verlişin böyük hissəsində hələ də suflyordan istifadə edirlər: Online alış-veriş

“Yəni çoxu kameranın qarşısında dayanıb ekranda görünən mətni oxuyurlar. Redaktor nə yazırsa, onu da səsləndirirlər. Söz ehtiyatı və hazırlıq zəif olduqda isə eyni cümlələr, eyni suallar təkrarlanır. Xalq artistləri efirə dəvət olunanda yenə eyni mövzulara toxunulur, sovet dövründəki konsertlərdən, əvvəlki çıxışlardan danışılır. Nəticədə tamaşaçı da düşünür ki, aparıcılar niyə hər dəfə eyni sualları verirlər? Çünki onların mövzu ilə bağlı bilik və söz bazası kifayət qədər deyil”.

A.Xəlil bidirib ki, bu gün tamaşaçıların bir hissəsi yenə Türkiyə və Rusiya kanallarına üz tutur. Bunun səbəblərindən biri də 1991-1992-ci illərdə Rusiya və Türkiyə kanallarının ölkə ərazisində pulsuz yayımlanmasına şərait yaradılmasıdır:

“Mən hesab edirəm ki, bu gün yaşadığımız vəziyyətin köklərindən biri də həmin dövrə gedib çıxır. Məsələn, Gürcüstanda vəziyyət fərqli olub. Rusiya-Gürcüstan müharibəsindən sonra rus kanallarının yayımına ciddi məhdudiyyətlər qoyulanda onlar da müəyyən müddət televiziya auditoriyası baxımından çətinlik yaşadılar. İnsanlar bir müddət yerli kanallara uyğunlaşmaqda çətinlik çəkdilər. Amma bu gün Gürcüstan telekanalları Avropa kanalları ilə rəqabət aparacaq səviyyəyə gəlib. Hətta onların reklam bazarı bizimkindən dörd dəfə böyükdür.

Bizdə isə reklam şirkətləri Türkiyə seriallarında reklam yerləşdirirlər. Çünki bilirlər ki, həmin seriallara Azərbaycandan da baxılır. Düşünürlər ki, reklamı birbaşa Türkiyə kanallarında yerləşdirməklə yerli auditoriyaya da çata bilərlər”.

Aparıcı qeyd edib ki, bu gün efirlərlə bağlı ciddi problemlərlə üz-üzəyik:

“Əgər Azərbaycan tamaşaçısının yerli kanallara üstünlük verəcəyinə əmin olsaq və bunun üçün lazımi şərait yaradılsa, telekanalların da maliyyə imkanları artar. Nəticədə daha gözəl studiyalar qurmaq, keyfiyyətli seriallar və verilişlər hazırlamaq mümkün olar.

Bir daha xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan telekanalları Türkiyə və Rusiya kanalları ilə rəqabət aparmağa çalışırlar. Lakin tamaşaçıları geri qaytarmaq üçün bizim dəstəyə ehtiyacımız var. Bu mübarizədə ciddi maliyyə dəstəyi lazımdır. Məsələn, bir studiyaya 50 min deyil, 150 min manat vəsait ayırmaq, onun texniki imkanlarını və komandasını gücləndirmək lazımdır ki, Türkiyə və Rusiya kanalları ilə rəqabət apara bilək”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri