Tanınmış aparıcının telefonunda tapılan VİDEO qalmaqala səbəb oldu Cem yılmaza göndərib...
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul Jandarmanın məşhur şəxsləri hədəf alan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində apardığı istintaq davam edir. İstintaq prosesində yeni və diqqətçəkən iddialar gündəmə gəlib.
Milli.Az xəbər verir ki, narkotik əməliyyatı zamanı saxlanıldığı bildirilən "HaberTürk"ün aparıcısı və sosial media fenomeni Ela Rümeysa Cebecinin mobil telefonunda aparılan baxış zamanı video aşkarlanıb. İddia olunur ki, həmin video məşhur aktyor Cem Yılmaza göndərilib.
Məlumatlara əsasən, sözügedən görüntülərdə Cebecinin tərkibində aktiv maddə kimi THC (tetrahidrokannabinol) olan və "maye kannabis" kimi tanınan maddəni elektron cihaz vasitəsilə istifadə etdiyi iddia edilir. Bu videonun həm media, həm də hüquq-mühafizə orqanlarında ciddi rezonans doğurduğu bildirilir.
Xəbərlərdə yer alan başqa bir iddiaya görə, video ilə bağlı yazışmalarda Cem Yılmazın cavabı da diqqət çəkib. Bildirilir ki, Cem Yılmaz da ona göndərilən görüntüyə "Mən o şeyləri 1998-ci ildə tərk etdim" ifadəsi ilə reaksiya verib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















