Icma.az
close
up
RU
Tanınmış azərbaycanlı professor ABŞ də həbs edildi Deportasiya olunacaq

Tanınmış azərbaycanlı professor ABŞ də həbs edildi Deportasiya olunacaq

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


ABŞ-nin Miqrasiya və Gömrük Təhlükəsizlik Xidməti (ICE) məşhur azərbaycanlı neyrobioloqu, Buffalo Universitetinin professoru Şövqi Hüseynovu həbs edib və onun deportasiyası üçün hazırlıq işlərinə başladığını elan edib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın “Investigative Post” adlı müstəqil xəbər portalı məlumat yayıb.
Haqqında heç bir cinayət iddiası olmayan Şövqi Hüseynovun 2029-cu ilə qədər ABŞ-də işləmək üçün hüquqi vizası olub. Amma buna baxmayaraq qanuni, alim yanvarın 7-də Niyaqara çayı üzərindəki Sülh Körpüsündən (“Peace Bridge”) körpüsündən səhv keçərək öncə Kanadaya adlayıb. Hüseynov daha sonra ABŞ-yə qayıdarkən Amerika sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra ABŞ-dın çıxarıla biləcəyi müəyyən edilən Hüseynov sərhədçilər tərəfindən ICE-ə təhvil veriblər. Açıqlamada həbs səbəbi dəqiq göstərilməyib.
Şövqi Hüseynov son bir həftədir Bataviya şəhərindəki ICE təcridxanasında saxlanır. Universitetin sözçüsü Con Della Kontrada qeyd edib ki, Hüseynov 2022-ci ildən Yacob Tibb və Biomedikal Elmlər Məktəbində elmi tədqiqatlarla məşğuldur və onun başqa bir viza və ya qanuni status üçün müraciəti hazırda baxışdadır. Ancaq ICE nümayəndəsi Hüseynovun qanuni statusunun olmadığı iddiasını irəli sürərək alimin deportasiyasını təmin etmək üçün hazırlıq gördüklərini bəyan edib.
Hüseynovun həmkarları və universitet işçiləri onun təqsirsiz olduğunu və yüksək səviyyəli tədqiqatçı kimi hörmətlə qəbul edildiyini bildirirlər. Araşdırma sahəsində çalışan professor Maykl Morales onu yaxşı alim və sakit vətəndaş kimi xarakterizə edib. Hüseynovun ailəsi – arvadı və iki azyaşlı övladı olduğu, övkladlarından birinin ABŞ vətəndaşı olduğu qeyd edilib.
Azərbaycanlı alim opiat asılılığı olan siçanların beyin-immun sistem inteqrasiyası üzərində elmi işlər aparır və bu sahədə həmkarlari ilə birlikdə bir neçə elmi məqalə dərc edib. Sosial şəbəkə paylaşımlarında o, oğlunun üzgüçülük müsabiqələrindəki uğurlarını və San-Dieqo neyrobiologiya konfransında iştirakını müzakirə edib.
Xatırladaq ki, ABŞ daxilində sərhədlər boyu sərnişinlər və sürücülər üçün səhv istiqamətə çıxış halı son vaxtlar ICE təqiblərinə səbəb olan yeni nümunəyə çevrilib. Böyük Britaniya, Meksika və digər ölkələrdən gələn miqrantlar da oxşar səbəblərlə saxlanıb və deportasiya üçün vəziyyəti ilə qarşılaşıblar.

Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri