Icma.az
close
up
RU
“Tanınmış azərbaycanlıların izi ilə” Şeyx Əbülqasım əl Gənci Video

“Tanınmış azərbaycanlıların izi ilə” Şeyx Əbülqasım əl Gənci Video

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Şeyx Əbülqasım əl-Gəncinin həyat və fəaliyyətini əks etdirən videosüjet hazırlayıb.
Mərkəzdən Bizim.Media-ya bildirilib ki, təxminən 1850-ci illərdə Gəncədə dünyaya gəlmiş Şeyx Əbülqasım əl-Gənci Mərkəzi Asiyanın maarifçilik həyatında mühüm rol oynayaraq Səmərqənddə ilk dünyəvi məktəbin yaradıcılarından biri olub.
Şeyx Əbülqasım əl-Gənci azərbaycanlı din alimi, pedaqoq və maarifçi olub. Həyatının mühüm bir dövrünü Səmərqənddə keçirən Şeyx Əbülqasım burada dini elmlərin tədrisi ilə məşğul olub, bölgənin elmi və mənəvi həyatında özünəməxsus yer tutub. Onun fəaliyyəti Azərbaycanla Mərkəzi Asiya arasında tarixi-mədəni əlaqələrin diqqətəlayiq nümunələrindən biridir. Mənbələrdə adı Əbülqasım əl-Gənci, Şeyx Əbülqasım, Əbülqasım Axundzadə Gənci, eləcə də “əl-Gənci” və “Şeyx Türk” kimi qeyd olunur.
Mövcud məlumatlara görə, Əbülqasım müəyyən müddət Bakının neft mədənlərində çalışıb. Həmçinin onun 1880-ci illərdə Bakı fəhlələrinin etirazlarında iştirak etdiyi, buna görə Sibirə sürgün olunduğu, daha sonra isə sürgündən qaçaraq İran vasitəsilə Bağdada getdiyi qeyd edilir.
Sürgündən xilas olduqdan sonra Əbülqasımın həyatında Bağdad mərhələsi başlanıb. Qaynaqlarda onun burada dini təhsilini davam etdirdiyi və Bağdad Nizamiyyə mədrəsəsində təhsil aldığı qeyd olunur. Məhz həmin dövrdə o, Buxara ilə bağlılığı olan Məşədi Kazımla tanış olub. Bu tanışlıq sonradan Əbülqasımın Mərkəzi Asiyaya gəlməsində və fəaliyyətini Səmərqənddə davam etdirməsində mühüm rol oynayıb.
1901-ci ildə Şeyx Əbülqasım əl-Gənci ailəsi ilə birlikdə Bağdaddan Səmərqəndə gəlib. Araşdırmalarda onun həmin il şəhərin köhnə hissəsində yerləşən Çorraha məhəlləsində məktəb açdığı göstərilir.
Mənbələrdən birində bu barədə belə qeyd olunur:
“Bu maktabni 1901 yilda Bag‘dod (Iroq)dan vaqtincha oilasi bilan Samarqandga kelgan Al Ganji yoki Shayx Turk ochadi. Aslida u Ozarboyjonning Ganja shahridan bo‘lib...” Bu məlumat Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddəki fəaliyyətinin başlanğıcını 1901-ci illə əlaqələndirməyə əsas verir.
Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddəki fəaliyyətinin əsas istiqamətini təhsil və maarifçilik təşkil edib.
O, burada ənənəvi dini təhsillə kifayətlənməyən, şagirdlərin daha geniş bilik və dünyagörüşü əldə etməsinə yönəlmiş məktəb yaradıb. Qaynaqlarda onun yaratdığı təhsil müəssisəsi yeni tədris üsullarının (üsuli-cədid) tətbiq edildiyi məktəblər sırasında göstərilir. Bu baxımdan Əbülqasım əl-Gəncinin fəaliyyəti XX əsrin əvvəllərində Türküstan bölgəsində genişlənməkdə olan yeni üsullu təhsil və maarifçilik hərəkatı ilə səsləşir.
Onun pedaqoji fəaliyyətinin tarixi əhəmiyyətini artıran əsas məqamlardan biri sonralar tanınmış maarifçi, pedaqoq, publisist və tərcüməçi kimi fəaliyyət göstərən Seyid Rza Əlizadənin müəllimi olmasıdır.
Mənbələrdə Seyid Rzanın Əbülqasım əl-Gəncinin məktəbində təhsil aldığı, təhsilini uğurla başa vurduqdan sonra isə müəlliminin təşəbbüsü ilə həmin məktəbdə müəllim kimi fəaliyyətə başladığı qeyd olunur.
Şeyx Əbülqasım əl-Gəncinin fəaliyyəti yalnız pedaqoji və maarifçilik işi ilə məhdudlaşmyıb. O, eyni zamanda, dini-maarifçi məzmunlu əsərlər qələmə alıb. Mənbələrdə onun müəllifi olduğu əsərlər sırasında “Gülzari-həqiqət” (“Gulzori haqiqat”) və “Risolai ittihodiya” kimi əsərlərin adı çəkilir.
Xüsusilə “Gülzari-həqiqət” Şeyx Əbülqasım əl-Gəncinin yazılı irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əsər onun dini, mənəvi və maarifçi baxışlarının araşdırılması üçün qiymətli mənbə hesab olunur.
Digər əsəri “Risolai ittihodiya” Əbülqasım əl-Gəncinin yalnız pedaqoq və din alimi kimi deyil, həm də dini-fəlsəfi və maarifçi görüşlərini yazılı şəkildə ifadə edən müəllif kimi fəaliyyət göstərdiyini ortaya qoyur.
Şeyx Əbülqasım əl-Gəncinin Səmərqənddə nə qədər müddət yaşadığı və şəhərdən dəqiq hansı tarixdə ayrıldığı barədə mövcud qaynaqlarda yekdil məlumat yoxdur. Bəzi sonrakı bioqrafik mətnlərdə onun 1911-ci ildə ailəsi ilə birlikdə Səmərqənddən ayrılaraq İraqa qayıtdığı qeyd olunur.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri