Icma.az
close
up
RU
Qivami Rəhimli: “Atalar sözünə bənzəyən ömür Əbülqasım Hüseynzadənin irsinə səyahət”

Qivami Rəhimli: “Atalar sözünə bənzəyən ömür Əbülqasım Hüseynzadənin irsinə səyahət”

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 avqust, AZƏRTAC

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, bp şirkətinin hökumətlə əlaqələr üzrə baş müşaviri Qivami Rəhimli folklorumuzun unudulmaz siması – Əbülqasım Hüseynzadənin xatirəsinə həsr etdiyi məqaləni AZƏRTAC-la bölüşüb. Bu yazı sentyabr ayında dünyaya göz açmış böyük folklorçunun 135 illik yubileyinə və eləcə də bu ayda fani dünyanı tərk etmiş Əbülqasım Hüseynzadənin anım gününə dərin ehtiram və onun irsinin yaşadılmasında xidmətləri olanlara minnətdarlıqdır.

AZƏRTAC məqaləni təqdim edir:

Əbülqasım Hüseynzadə “Atalar sözləri” kitabını Qivami Rəhimlinin həyat yoldaşı, o zamanlar azyaşlı olan qohumu İradəyə öz avtoqrafı ilə hədiyyə edib

Azərbaycan şifahi xalq ədəbiyyatının ən mühüm qatlarından biri atalar sözləri və məsəllərdir. Bu sahədə misilsiz xidmətləri ilə tanınan Əbülqasım Hüseynzadə ömrünü xalq hikmətinin toplanmasına və gələcək nəsillərə çatdırılmasına həsr edib. Onun topladığı minlərlə atalar sözü Azərbaycan xalqının mənəvi sərvətinin canlı güzgüsüdür. Ən maraqlısı isə odur ki, özü də sanki bir atalar sözünü xatırladırdı – zahiri görkəmi, danışıq tərzi, davranışları ilə bütöv bir hikmət təcəssümü idi. Əbülqasım Hüseynzadənin zəhməti nəticəsində yüzlərlə atalar sözü unudulmaqdan xilas olmuş, yazıya alınaraq xalqın hafizəsinə köçürülüb. Əbülqasım Hüseynzadə 1988-ci ilin sentyabrın 1-də dünyasını dəyişsə də, onun topladığı hikmətlər bu gün də yaşayır.

Onun həyat hekayəsi Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi ilə bağlı xatirələrlə işıqlanır. Atası Nurməhəmmədin gözləri işdəki qəza nəticəsində şikəst olanda, balaca Əbülqasımı mollaxanadan çıxarıb rus-tatar məktəbinə qoymağı məhz Hacının dəstəyi mümkün etmişdi. Yeddi il ərzində hər ay məktəb xərcliyini Tağıyevin idarəsindən alması onun taleyini dəyişdi. Əgər Hacı Zeynalabdin Tağıyev olmasaydı, bəlkə də Azərbaycan folkloru Əbülqasım Hüseynzadə kimi bir xəzinəni qazanmayacaqdı. Bu fakt özü həm Ə.Hüseynzadənin həyatında, həm də bütövlükdə Azərbaycan maarifçilik tarixində mühüm bir səhifədir.

Əbülqasım Hüseynzadə respublika rəhbərliyi tərəfindən mükafatlandırılarkən

Əbülqasım Hüseynzadənin söhbətləri, həyat fəlsəfəsi, davranış tərzi sanki bir atalar sözünün canlı izahı idi. O, yaddaşının gücü ilə keçmişi bu günə daşıyır, sadə gündəlik söhbətlərində belə xalq hikmətinin parıltılarını nümayiş etdirirdi.

Əbülqasım Hüseynzadə böyük türk mütəfəkkiri və içtimai xadim Nazim Hikməti xəstəlik dövründə yataqda ziyarət edərkən

Əbülqasım Hüseynzadənin irsinin yaşadılmasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynin rolu xüsusi qeyd olunmalıdır. O, bu böyük xəzinənin qorunub öyrənilməsinin əsas təminatçılarından biridir. Rafael müəllim böyük folklorçu - Əbülqasım Hüseynzadənin həyat və yaradıcılığı ilə bağlı dəyərli tədqiqatlar aparıb, onun söhbətlərini, xatirələrini və mədəni irsini yazıya köçürərək unudulmaqdan qoruyub. Rafael Hüseyn yalnız bir tədqiqatçı deyil, həm də bir yaddaş qoruyucusu, milli-mədəni dəyərlərin gələcəyə ötürülməsi üçün çalışan bir vəfa adamıdır.

Rafael müəllimin qələmə aldığı yazılar, hazırladığı materiallar sayəsində Əbülqasım müəllim bu gün də canlıdır. Onun sayəsində biz bu gün Əbülqasım müəllimin səsini eşidə, söhbətlərinin işığında isinə bilirik. Rafael Hüseynin gördüyü işlər nəticəsində Əbülqasım Hüseynzadənin adı yalnız yaddaşlarda deyil, həm də elmi əsərlərdə və publisistik yazılarda əbədiləşib.

Rafael Hüseyn mətbuatda dərc etdirdiyi yazılar Əbülqasım Hüseynzadənin həyat və yaradıcılığını işıqlandırıb, onun topladığı atalar sözlərinin əhəmiyyətini göstərib. Bununla yanaşı, o, radio və televiziya verilişlərində çıxış edərək Əbülqasım Hüseynzadənin xatirələrini, həyat yolunu və folklor xəzinəsini xalqa çatdırıb. Bu çıxışlar böyük folklorçunun irsinin yalnız yazılı qaynaqlarda deyil, həm də canlı sözün gücü ilə yaşamasına səbəb olub.

Bu işin daha da zənginləşməsinə töhfə vermək mənə də qismət oldu. Rafael müəllimin təşəbbüslərinə dəstək olaraq, bağ evimizdə unudulmaz bir görüş təşkil etdim. Görüşdə Əbülqasım Hüseynzadənin oğlu Fərhad müəllim, kürəkəni Seyfi müəllim və nəvəsi Xəyyam iştirak edirdi.

Söhbətlər olduqca maraqlı və səmimi keçdi. Ailə üzvlərinin dilindən səslənən xatirələr Əbülqasım Hüseynzadənin obrazını daha da dolğunlaşdırdı. Rafael müəllim həmin xatirələri diqqətlə dinləyərək qeydlər apardı və sonradan onları araşdırmalarında istifadə etdi. Bu görüşün fotoları da həmin anların dəyərini və əhəmiyyətini əbədiləşdirir.

Əbülqasım Hüseynzadənin ailəsi ilə görüşləri təşkil etmək, arxiv materiallarını toplamaq, Rafael müəllimin araşdırmalarına dəstək vermək – bütün bunları mən sadəcə bir vətəndaş borcu hesab edirəm. Çünki belə şəxslərin irsi yalnız kitabxanalarda qalmaqla deyil, həm də cəmiyyətin yaddaşında daim canlı olmaqla yaşamalıdır. Mənim üçün bu, mənəvi bir çağırışdan çox – işıqlı ruhların cazibəsini gələcəyə çatdırmaq missiyasıdır.

Əslində, Əbülqasım Hüseynzadə ilə mənim yolum çox əvvəllər – institut illərində kəsişmişdi. Hələ tələbəlik illərində çap üzü gördüyü ilk elmi işim ingilis və Azərbaycan dillərindəki atalar sözlərinin müqayisəli təhlilinə həsr olunmuşdu. Həmin elmi işdə Azərbaycan dilindəki nümunələrə istinad edərkən, əsas mənbələrdən biri məhz Əbülqasım Hüseynzadənin topladıqları atalar sözləri olmuşdu.

O zaman mən bu böyük folklorşünasın zəhmətinə yalnız bir tələbə-tədqiqatçı kimi borclu idim. Lakin sonradan tale elə gətirdi ki, mən həyatımı onun qohumu ilə bağladım. Beləcə, elmi fəaliyyətimdə örnək aldığım bir şəxsiyyət sonradan mənim şəxsi həyatımın da ayrılmaz parçasına çevrildi. Bu, mənim üçün sadəcə xoş təsadüf deyil, gözəl bir tale qisməti oldu.

Vaxt qəribə bir qüvvədir – yaddaşın dərinliklərində gizlənmiş xatirələri qəfil işıqlandırır, illərin pərdəsi arxasında qalan səsləri yenidən eşitdirir.

Bu yazını qələmə alarkən bir daha dərk etdim ki, işıqlı simaların cazibəsi tükənmir. Həm Əbülqasım Hüseynzadə, həm də Rafael Hüseyn – Azərbaycan xalq yaddaşının davamlılığını təmin edən işıqlı simalardır. Onlar yaddaşımızda, sözlərimizdə, ən əsası isə işıqlı işlərində daim yaşayırlar. Bu yolun bir parçası olmaq, bu işə dəstək vermək isə mənim üçün böyük iftixardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see298

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see258

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see242

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see190

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see189

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see171

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see154

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see151

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see140

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see127

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see127

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see126

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see123

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri