Tanınmış bloger şirkətinin rəhbərliyindən getdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən “Araş” firmasında rəhbər dəyişikliyi baş verib.
Modern.az Yurd.Media-ya istinadən bildirir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Araş” firmasının nizamnamə kapitalı 100 manatdır.
Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.
Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel bloqerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir.
O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı materiallarda yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 17 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















