Tanınmış futbolçunu yolda güllələdilər Vəziyyəti ağırdır FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda iki qrup arasında baş verən silahlı insident zamanı peşəkar futbolçu Uğurcan Bekçi də daxil olmaqla üç nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, hadisə İzmitdə Ömer Türkçakal Bulvarı, Sanayi Mahallesi ərazisində qeydə alınıb. İlkin məlumata görə, naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə silahlı qarşıdurmaya çevrilib. Açılan atəş nəticəsində Sultanbeyli Belediyesporun futbolçusu Uğurcan Bekçi ayağından güllə yarası alıb. Daha iki nəfər də xəsarət alıb.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yaralılara ilkin tibbi yardım göstərərək onları xəstəxanaya çatdırıblar. Futbolçunun vəziyyətinin ağır olduğu və əməliyyat edildiyi bildirilib.
Polis insidentlə bağlı ərazidə geniş təhlükəsizlik tədbirləri görüb, hadisə yerində tapılan giliz və digər maddi sübutlar toplanıb.
Qeyd edək ki, 27 yaşlı cinah oyunçusu karyerası ərzində Kağıtspor, Körfez Spor Kulübü, Kocaeli Güneşspor, Belediye Derincespor, 24 Erzincanspor, Ankara Keçiörengücü və Adıyaman 1954 kimi klublarda çıxış edib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 18 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















