Icma.az
close
up
RU
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş... “Aramızda problemlər var idi”

Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş... “Aramızda problemlər var idi”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması diqqətçəkən qərarla yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu cinayətlə bağlı “Andromed” Tibb Mərkəzinin Mərdəkan filialının direktoru, tanınmış androloq Mirzəli Cəfərquliyev sifarişçi kimi cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən verilən ittihamda göstərilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kəsilən ağaclar Mirzəli Cəfərquliyevin oğlu Tural Cəfərquliyevə məxsus obyektin qarşısında olub. Ağaclar böyüdükcə obyektin reklam görüntüsünə maneə yaradırmış. Məhz bu səbəbdən ata Cəfərquliyev əvvəldən tanıdığı Təbriz Samedova ağacları kəsməyi göstəriş verib. Samedov kömək üçün tapdığı üçüncü şəxslə tapşırığı yerinə yetirib, ağaclar gecə ilə mişarla kəsilib. Bununla da təbiətə 2 min 700 manatlıq ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.3-cü  (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb. Androloq həkim də işi icra edən iki nəfər də rayon prokurorluğunda istintaqa cəlb edilib.

Hər üç təqsirləndirilən şəxsin sərbəst mühakimə edildiyi bu iş üzrə məhkəmə istintaqında gizli məqamların üstü açılıb. Belə ki, ağacların kəsilməsində iştirak edən Təbriz Samedov məhkəmədə etirafçı olub. O, Mirzəli Cəfərquliyevin ağacların kəsilməsindən xəbəri olmadığını, prokurorluqda ondan belə ifadə verməsini istədiklərini deyib:

“O ağaclar mənim evimin və iş yerimin qarşısında yerləşirdi. Güclü küləklər vaxtı əmlakım üçün təhlükə yaradırdı. Bu səbəbdən evə tərəf əyilən ağacları kəsdim. Bir müddət sonra rayon prokurorluğuna çağırıldım. Mənə dedilər ki, “sənin kəsdiyin ağaclar Mirzəlinin oğlunun obyektinin qarşısında yerləşir, ifadə ver ki, guya ağacları Mirzəlinin sifarişi ilə kəsmisən. Belə olan halda ondan 30 min manat pul alacağıq”. Mənim də Mirzəli ilə aramda əvvəldən problemlər var idi. Bu səbəbdən ziyan vermək üçün bu formada ifadə verdim”.

Mirzəli Cəfərquliyev ilk gündən ittihamları qəbul etməyib. Məhkəmədəki ifadəsində deyib ki, ağacların onun sifarişi ilə kəsildiyini eşidəndə əvvəlcə inanmayıb. Sonradan ifadə vermək üçün prokurorluğa çağırılıb:

“Məndən işin bağlanması üçün 25 min manat istədilər. Dedilər, ya bu məbləği ödəməlisən ya işi məhkəməyə göndəririk. Bir daha dedim ki, ağacların kəsilməsindən xəbərim yoxdur. Mən heç kimə belə sifariş verməmişəm. Hakimlərin daha dərindən araşdıracağına inandığım üçün işin məhkəməyə verilməsini xahiş etdim”.

Məhkəmə istintaqı dövründə toplanmış sübutlar, həmçinin təqsirləndirilən şəxslərin ilkin istintaqdakından fərqli ifadələri mənzərəni dəyişib.

Son iclasda prokuror çıxış edərək ittihamdan imtina etdiyini bəyan edib. Qeyd olunub ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığı sübut edilsə də, inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün araşdırma aparılmalıdır.

Hakim Hüseyn Hüseynli prokurorun ittihamdan imtinasını qəbul edib. Qərara əsasən Mirzəli Cəfərquliyev və digər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. 

Şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün materialların Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsi ilə bağlı təklifi isə hakim rədd edib.

Qərarda qeyd olunub ki, şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri üçün qanuni müddət çoxdan başa çatıb. Bu səbəbdən prokurorun təklifi qəbul edilə bilməz.

Sail Ağasəlim



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri