Tanınmış iqtisadçıdan Kılıçdaroğluna: “Mənə bir daha zəng etməyin”
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məhkəmənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı ilə bağlı verdiyi “mütləq etibarsızlıq” qərarından sonra partiyanın rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu ilə bağlı qalmaqallar davam edir.
Yeniavaz.com “Cumhuriyet”ə istinadən xəbər verir ki, Türkiyənin tanınmış iqtisadçısı Uğur Emek Kılıçdaroğlunun ona zəng etdiyini bildirib.
O, sosial şəbəkə hesabında Kılıçdaroğludan zəng gəldiyini göstərən telefon tarixçəsini paylaşaraq yazıb:
“Bunu təəssüflə deyirəm: onun zənglərinə bir daha cavab verməyəcəyəm. Xahiş edirəm, mənə bir daha zəng etməyin”.
Qeyd edək ki, K.Kılıçdaroğlu 2010-cu ildə CHP sədri seçilib, 2023-cü ildə keçirilən qurultayda Özgür Özələ məğlub olaraq vəzifəsini tərk edib. 2026-cı ildə isə məhkəmənin CHP-nin 38-ci Qurultayı ilə bağlı “mütləq etibarsızlıq” qərarından sonra yenidən partiyanın rəhbərliyinə gətirilib.
Xatırladaq ki, məhkəmənin bu qərarı Türkiyədə, o cümlədən CHP daxilində qalmaqallara səbəb olub. Vəziyyət o yerə çatıb ki, vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl 91 millət vəkili ilə CHP-dən ayrılaraq YENİ Partiyanı qurub. O cümlədən, Türkiyədəki bir çox ictimai-siyasi xadim, incəsənət nümayəndələri K. Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP-nin rəhbərliyinə qayıtmasını sərt tənqid ediblər.
Bu mövzuda digər xəbərlər:Yavaşdan Kılıçdaroğluna: “İstefa verərəm”
17 İyul 2025 17:21
Kılıçdaroğluna kritik çağrı KONKRET
11 Sentyabr 2025 23:25
ABB dən təkzib: Mansur Yavaş Kılıçdaroğluna zəng etməyib
04 İyun 2026 13:46
Kamal Kılıçdaroğluna AĞIR İTKİ FOTO
21 İyul 2025 12:48
İmamoğlu həbsxanadan Kılıçdaroğluna mesaj göndərdi
01 İyun 2026 14:02
Baxış sayı:103
Bu xəbər 26 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















