Icma.az
close
up
RU
Kəlbəcər rayonu təbii ehtiyatlarla zəngindir ŞƏRH

Kəlbəcər rayonu təbii ehtiyatlarla zəngindir ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcər rayonu Azərbaycanın qərbində yerləşir, Şərqi Zəngəzur İqtisadi Rayonuna aiddir. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazi ibtidai insanların təşəkkül və təkamül tapdığı bir məskəndir. Arxeoloji qazıntılar zamanı tapılan, ibtidai insanlara aid olan əmək alətləri Kəlbəcərin qədim tarixə sahib olmasının bariz göstəricisidir. Kəlbəcər ərazində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min yaşı olan qaya təsvirləri, o cümlədən çöp şəkilli qədim türk əlifbası aşkar edilmişdir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur, buranın çox hissəsini meşəlik əhatə edir. Ən hündür zirvələri Camışdağın zirvəsi və Dəlidağdır.
Kəlbəcər rayonunun ərazisi 3054 kv. km təşkil edir və 1 şəhər, 1 qəsəbə və 145 kəndi mövcud olub. Öz faydalı qazıntıları, qızıl yataqları, civə ehtiyatı, mineral daşları, isti və sərin bulaqları, o cümlədən saf-təmiz havasına və saymaqla bitməyən sərvətlərinə görə Kəlbəcəri dünyanın əsrarəngiz bir məkanı desək, yanılmarıq. İstisu mineral bulağını nümunə göstərə bilərik ki, bu misli görülməmiş bulaq neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyudur.
Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan dilbər guşəmiz Kəlbəcər 1993-cü il 2 aprel tarixində mənfur düşmənin- Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalmış və işğal edilmişdir. Yüzlərlə insan öldürülmüş, əsir götürülmüşdür və itkin düşmüşdür. Köməksiz qalan sakinlər isə öz doğma dədə-baba yurdundan didərgin düşmüşdür.

28 il düşmən tapdağında qalan torpaqlarımız, nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı azad edilmişdir. İllərdir, həsrətini çəkdiyimiz Qarabağımız Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz sayəsində düşmən əsarətindən qurtulmuşdur. Bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.
Ulu öndər Heydər Əliyev illər öncə bu gözəl günləri görürdü və həmin günləri sanki əvvəldən salamlayırdı. 2 aprel 1996-cı ildə kəlbəcərlilərlə görüşündə Ulu Öndər demişdi: "Kəlbəcər yenə də öz keçmiş, gözəl günlərinə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır".

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin sosial təminatı, məşğulluğu və normal həyat şəraitinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız dağıdılmış evləri bərpa etmək deyil, həm də insanların öz torpaqlarında təhlükəsiz, firavan və müasir həyat sürməsini təmin etməkdir. Kəlbəcərin dirçəlişi Azərbaycanın iqtisadi potensialının, siyasi iradəsinin və milli həmrəyliyinin göstəricisidir. Burada atılan hər bir addım Vətən müharibəsində qazanılmış Zəfərin quruculuq mərhələsinə çevrildiyini nümayiş etdirir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizə bir daha xatırladır ki, güclü dövlət, qətiyyətli lider və bir yumruq kimi birləşən xalq qarşısında heç bir maneə dayana bilməz. Kəlbəcər yenidən qurulur, sakinlərini qarşılayır və Azərbaycanın gələcəyinə inamla addımlayır.

Alidə Aslanova

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri