Avropa danışıqları dördtərəfli formata keçirməkdə israr edir Peskovdan AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Avropalı tərəflər Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dördtərəfli formata keçirilməsində israr edirlər.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin rəsmisi bildirib ki, bu məsələdə fərqli yanaşmalar mövcuddur:
"Müxtəlif baxış nöqtələri var, amma avropalılar bunun dörd tərəfli formatda olmasını israr edirlər".
D.Peskov üçtərəfli təmasların bərpa olunması üçün hələlik dəqiq tarixlərin müəyyənləşdirilmədiyini vurğulayıb. O, həmçinin Moskvanın Avropa nümayəndələrinin prosesə daxil edilməsinin nə kimi fayda verəcəyini hələ də aydın təsəvvür etmədiyini söyləyib:
"Avropa iştirakının hansı əlavə dəyər yarada biləcəyini, sülh prosesinə hansı əlavə töhfə verə biləcəyini hələ tam başa düşmürük".
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar baş tutub. Rusiya Prezidentinin köməkçisi və nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, görüşdə Avropa təhlükəsizlik arxitekturası əsas müzakirə mövzularından biri olub. O, tərəflərin Rusiya ilə Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsinin aparılması barədə razılığa gəldiyini də qeyd edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 24 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















