Icma.az
close
up
RU
Tanınmış iş adamı onunla bağlı keçirilən məhkəmədə iştirak edə bilmədi

Tanınmış iş adamı onunla bağlı keçirilən məhkəmədə iştirak edə bilmədi

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə iş adamı Fərhad Məmmədovun nümayəndəsi məhkəməyə müraciət edərək ailəsi ilə əlaqədar məsələlərə görə onun məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.

Prosesin davamında sənədlərdə şahid kimi göstərilən Tural Bayramovun ifadəsi elan olunub. İfadədə o, Anass Derrazı ərəb turist kimi tanıdığını bildirib:

"Mən turistləri Bakıya gətirib aparmaqla məşğul olurdum. 2024-cü il 14 iyul tarixində Cavid adlı tanışım mənə zəng edib ərəb kimi tanıtdığı Anass Derrazı hoteldən götürüb hava limanına aparmağımı söylədi. Mən ərəb dilini bildiyim üçün o, bunu xahiş edirdi. Hotelə gəlib Anass Derrazla tanış olduqdan sonra sonuncu mənə dedi ki, onun ölkəyə çıxışına qadağa qoyulub. Buna görə məndən kömək istəyir. Adətən turistlər gecikəndə ölkədən çıxışlarına qadağa qoyulur deyə düşündüm ki, aeroportda çalışan dostumdan kömək istəyim. Anass Derrazın məlumatlarını ona verdim. Həmin şəxs kömək edə bilməyəcəyini, çünki məsələnin DTX ilə əlaqəli olduğunu dedi".

Anass Derraz elan olunmuş ifadə ilə razılaşıb.

Daha sonra Anass Derrazın qardaşının Fransa səfirliyinə müraciəti elan olunub. Belə ki, o qardaşı ilə əlaqə saxlaya bilmədiyini bildirib. Səfirlik öz növbəsində Xarici İşlər Nazirliyinə zəng edib və onlar da A.Derrazın barəsində cinayət işi açılması barədə məlumatı DTX-dən alaraq səfirliyə bildiriblər.
Sənədlərin tədqiqi başa çatıb və Fərhad Əhmədovun dindirilməsi üçün növbəti proses 16 oktyabr tarixinə təyin olunub..

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see229

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see218

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see186

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see180

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see165

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri