Icma.az
close
up
RU
Tanınmış jurnalist Mehriban Əliyevaya müraciət ünvanladı: “Kömək istəyirəm” KONKRET

Tanınmış jurnalist Mehriban Əliyevaya müraciət ünvanladı: “Kömək istəyirəm” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Tanınmış jurnalist, Aztimes.az saytının təsisçisi və baş redaktoru Pərvin Şakir qızı Abışova birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayıb.

Pərvin Abışova məktubun bir nüsxəsini həmçinin KONKRET.az redaksiyasına da göndərib.

Həmin məktubu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti

Zati-aliləri Mehriban xanım Əliyevaya

Müraciət edən:

Abışova Pərvin Şakir qızı

Aztimes.az saytının təsisçisi və baş redaktoru

Mövzu: Jurnalist fəaliyyəti ilə bağlı qanunsuz təzyiqlərlə üzləşmə barədə

“Hörmətli Mehriban xanım,

Mən, Abışova Pərvin Şakir qızı, Aztimes.az saytının təsisçisi və baş redaktoru olaraq, dərin hörmət və inam hissi ilə Sizə müraciət edirəm.

2024-cü il 22 aprel tarixində, Ağcabədi rayonu Qaravəlilər kəndindən redaksiyamıza daxil olan vətəndaş şikayətləri əsasında həmin kənddə çəkiliş aparmalı olduq. Şikayətin mahiyyəti ondan ibarət idi ki, kənd sakinləri onlara ayrılmış örüş sahələrinin Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən iş adamı Kazım Gülmalıyevə qanunsuz olaraq satıldığını bildirirdilər.

Jurnalist məsuliyyəti və obyektivliyi prinsiplərinə əsaslanaraq hadisə yerində çəkiliş apardıq və qarşı tərəfin mövqeyini də işıqlandırdıq. Lakin bir neçə gün sonra İcra başçısının köməkçisi Hafiz Hüseynov mənimlə əlaqə saxlayaraq kənd sakinlərinin dediklərinin yalan olduğunu bildirdi. Mən isə cavabımda qeyd etdim ki, onların da fikirləri materialda dərc olunub və biz tərəfsiz, obyektiv yanaşma prinsipinə sadiq qalmışıq.

Buna baxmayaraq, Hafiz Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək israrla həmin materialın saytdan silinməsini tələb etdi. Mən isə peşə prinsipimə uyğun olaraq materialı silməkdən imtina etdim.

Nəticədə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məni məhkəməyə verdi. Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən proseslərdə iştirak etməyən icra başçısı sifarişli şəkildə məhkəmədə qalib gəldi. Yuxarı instansiyalara müraciət etmək imkanım süni şəkildə məhdudlaşdırıldı. Məhkəmə qərarı ilə mənim 1000 manat təzminat ödəməyim və üzr istəməyim tələb olundu.

Hörmətli Mehriban xanım, mən məhkəməyə bildirmişəm ki, tələb olunan təzminatı borc-xərc ilə ödəməyə hazıram. Lakin Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanov bu məsələnin hüquqi baxımdan həlli üçün şərait yaratmır, əksinə, məni dəfələrlə məcburi şəkildə polisə gəlməyə çağırır.

Mən – üç uşaq anası, ləyaqətli bir Azərbaycan vətəndaşı və ölkəmizin milli maraqlarına xidmət edən bir media nümayəndəsi olaraq – Sizdən bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm.

Əmək fəaliyyətinə “Kommunizm yolu” qəzetində korrektor, ədəbi işçi, müxbir və şöbə müdiri kimi başlayan Rafil Hüseynovun bu gün bir jurnalistə qarşı göstərdiyi münasibət Həsən bəy Zərdabinin qələminə sayğısızlıq və peşəkar etika prinsiplərinə ziddir. Köhnə mətbuat işçisi kimi o, vətəndaş şikayətini qəbul etmir, əksinə bu çağırışlara zidd olaraq, vətəndaş şikayətlərini və qanun pozuntularını ört-basdır etməyə çalışır və bunu qərəzli şəkildə məhkəməyə qədər aparır.
Hörmətli Mehriban xanım, Sizin ölkəmizdə humanist dəyərlərin və qadın haqlarının qorunmasında göstərdiyiniz misilsiz xidmətlər, humanitar sahədəki fəaliyyətiniz, şəfqət və mərhəmət nümunəsi olmağınız Azərbaycan qadınlarının inam və ümid yerinə çevrilmişdir.

Siz hər zaman Azərbaycan qadınını müdafiə etmiş, onların cəmiyyətdə daha fəal və dəyərli mövqe tutmasına dəstək vermisiniz. Mən də bir ana, bir mətbuat işçisi kimi çarəsiz qalıb Sizin ədalətinizə və insani münasibətinizə güvənərək kömək istəyirəm.

Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində, bir vətəndaş, keçmiş əsgər anası kimi bu müraciətimə diqqətlə yanaşmağınızı və mənə yardımçı olmağınızı rica edirəm.

Sizə möhkəm can sağlığı, uzun ömür və çətin, lakin şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram!

Hörmətlə,

Abışova Pərvin Şakir qızı

Aztimes.az saytının təsisçisi və baş redaktoru”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyul 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri