Icma.az
close
up
RU
Tanınmış jurnalistdə xərçəng aşkarlanıb: Ona qalib gələcəyəm

Tanınmış jurnalistdə xərçəng aşkarlanıb: Ona qalib gələcəyəm

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu İTV-nin əməkdaşı, tanınmış jurnalist Anar Yusifoğlu bildirib.

O, daha sonra yazıb:

"Xərçəngə nifrət edirəm. Çünki insanın ən qiymətli sərvəti olan zamanını oğurlamaq istəyir. Bir səhər adi görünür. İnsan işə gedir, telefon zənglərinə cavab verir, görüşlərə tələsir, sabah haqqında plan qurur. Sonra bir müayinə, bir analiz, bir həkim sözü və həyatın əvvəlki mənası bir anın içində dəyişir.

Bir fincan çayın dadı, bir dostun səsi, övladının gülüşü, həyat yoldaşının baxışı, pəncərədən işıq salan günəş... İnsan anlayır ki, həyat möcüzəni böyük hadisələrdə yox, hər gün təkrarlandığı üçün fərqinə varmadığı kiçik anlarda gizlədirmiş.

Xərçəngə nifrət edirəm, çünki o, insanı qorxudur. Amma qəribə olan odur ki, qorxduğun şey bəzən sənin içindəki gücü də oyadır, adam özünü ən zəif hiss etdiyi yerdə bəzən ən möhkəm dayanmağı öyrənir.

İnsan təkcə xəstəliklə mübarizə aparmır. O, həm də ümidsizliklə, qorxu ilə mübarizə aparır. Mənim öz adım var, xərçəng deyil.

Xəyallarım, sevdiklərim, yarımçıq qalan işlərim var. Görmək istədiyim yerlər, demək istədiyim sözlər, yaşamaq istədiyim günlər var. Ona görə də xərçəngə nifrət edirəm.

Amma həyatımı ona həsr etmək niyyətim də yoxdur. Çünki həyat xəstəlikdən çox böyükdür. Sabaha dair bir ümidin varsa, hələ yol var.

Mən xərçənglə dost deyiləm. Dost badalaq vurmaz. Dost insanı yarı yolda qoymaz. Dost bölüşər, dayaq olar. Xərçəng isə bölmək istəyir. Amma mənim həyatımı bölməsinə icazə verməyəcəyəm.

Xərçəngə nifrət edirəm, çünki o, insanın bədənindən əvvəl rahatlığını işğal edir, adamın həyatına kiçik bir şübhə kimi girir.

Bəzən bir nəfərin yanında olması yüz nəfərin “keçmiş olsun”undan qiymətlidir. Səni gözləyən, zənginə cavab verən, xəstələnəndə narahat olan, susqunluğunu anlayan biri varsa, sən kasıb deyilsən. Bəlkə də insanın ən böyük sərvəti elə budur.

İllər əvvəl apardığım debatlarda qonaqlar belə deyirdilər: "Vaxtımı saxlayıram…”, "Vaxtımı dondururam…” O vaxt bu ifadələr sadəcə efirdə səslənən sözlər idi. İndi isə həmin sözlər qulağımda tamam başqa cür səslənir.

Vaxtı saxlamaq… Vaxtı dondurmaq… İnsan sözün əsl mənasını bəzən onu yaşayanda anlayır. Mən də indi anlayıram ki, vaxtı saxlamaq nə böyük arzudur. Kaş mümkün olaydı. Elə bilirik ki, bu günün səhəri bir daha gələcək.

Ömrün uzunluğunu seçmək olmur, amma ona hansı ruhla sahib çıxacağını seçmək insanın əlindədir. Mən öz ömrümə sahib çıxacağam. Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür.

Xərçəngə nifrət edirəm. Çox. Amma vaxtı ondan geri alacam. Saxlamaq və ya dondurmaq üçün yox, yaşamaq üçün. Axı həyat efir deyil! Əgər bir gün həyat həqiqətən məndən son sözümü istəsə, onu da özüm deyəcəm. Çünki bu, həyatın debatıdır.

Son söz hələ də məndədir, mövzu mənəm!"

Qeyd edək ki, A.Yusifoğlu 1974-cü ilin oktyabrın 20-də Yardımlı rayonunun Şıxlar kəndində anadan olub.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri