Icma.az
close
up
RU
Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib

Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.

C.Quliyev əvvəllər "Paritet" qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV üçün çoxsaylı analitik yazı və şərhlə diqqəti cəlb edirdi.

seeBaxış sayı:31
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri