Tanınmış müğənni zəlzələyə görə ana olmaqdan imtina etdi FOTO
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli müğənni Aydilge həyat yoldaşı ilə birlikdə uşaq sahibi olmaqla bağlı qərarlarını bölüşüb.
Yenisabah.az xəbər verir ki, ifaçı 2018-ci ildə violin ifaçısı Utku Barış Andaç ilə ailə qurduqdan sonra bu barədə ilk dəfə danışıb.
İştirak etdiyi bir proqramda "Uşaq sahibi olmaq istəyirsiniz?" sualına cavab verən Aydilge belə deyib:
"Bu dövrdə düşünmürük. Uşaq sahibi olmaqdan qorxuram. Utku da məni buna məcbur etmir."
Aydilge əlavə edib ki:
"İstanbulda yaşayırıq. Bildiyiniz kimi, zəlzələ çox böyük riskdir. Heç olmasa, İstanbuldan köçənə qədər uşaq sahibi olmağı düşünmürük. Zəlzələdən doğrudan da çox qorxuruq."
Pandemiya dövründə həyat yoldaşı ilə birgə ev şəraitində musiqi yaradaraq vaxt keçirdiklərini və bu müddət ərzində 9 mahnıdan ibarət bir albom ərsəyə gətirdiklərini də vurğulayıb.
Aytac Şahin
Baxış sayı:103
Bu xəbər 30 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















