Tanınmış qapıçı daha bir il Türkiyədə oynayacaq
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə yay transfer dönəminin ən fəal klublarından olan ''Trabzonspor'' mühüm bir keçidi açıqlayıb. İyulun 1-də 4 futbolçu - Metehan Mimaroğlu, Samet Akaydın, Tyerri Karadəniz və Melih Kabasakalın transferini açıqlayan, eləcə də Kazim Olaiqbeni ''Bazel''ə icarəyə verən Trabzon təmsilçisi Andre Onananı daha bir il heyətdə saxlamağa müvəffəq olub. Tanınmış kamerunlu qapıçı bilindiyi kimi ötən yay ''Mançester Yunayted''dən birillik icarəyə götürülmüş və ümidləri doğruldaraq performansı ilə diqqət çəkmişdi. Rəhbərliyin ''Yunayted'' ilə apardığı danışıqlar uğurla yekunlaşıb və Onana daha bir illik müddətə icarəyə götürülüb. 30 yaşlı qapıçının illik maaşı 3,5 milyon avro təşkil edəcək. Bundan başqa ona 2 milyon avro imza parası veriləcək. ''Trabzonspor'' daha 1,5 milyon avronu isə icarə haqqı kimi ödəyəcək. İcarə müddəti bitdikdən sonra 30 yaşlı qapıçı gələn yay ''Yunayted''ə qayıtmalı olacaq. Onana ötən mövsüm 33 rəsmi oyunda iştirak edərək 40 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. ''Trabzonspor''un ölkə kubokunu qazanmasında onun böyük əməyi olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















