Icma.az
close
up
RU
Tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi

Tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 21-də Bakıda Müasir İncəsənət Mərkəzində tanınmış rəssam-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru, TEM-ART Sənət Mərkəzinin təsisçisi Tünzalə Məmmədzadənin fərdi sərgisi keçirilib.

Modern.az xəbər verir ki, sərgi “İpəkdə duyğuların harmoniyası” və “Xarizma və sənət” adlı iki bölmədən ibarət olub.

“İpəkdə duyğuların harmoniyası” bölməsində müəllifin ipək üzərində yaratdığı unikal əsərlər nümayiş olunub. Milli motivlərlə zənginləşdirilmiş əsərlər zərifliyi və duyğu dərinliyi ilə seçilərək tamaşaçılarda güclü estetik və emosional təsir yaradıb.

“Xarizma və sənət” bölməsində isə məhdud sayda – cəmi 100 ədəd hazırlanan, dəyərli daşlarla bəzədilmiş eksklüziv qalstuk kolleksiyası təqdim olunub. Bu kolleksiya sənətin geyim mədəniyyətindəki roluna işarə etməklə yanaşı, sənət və dəbin sintezini ifadə edib.

Sərgi böyük maraqla qarşılanıb. Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin nümayəndəliklərinin təmsilçiləri, tanınmış sənət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə Türkiyə Məzunları Platformasının sədri, dosent Telman Nüsrətoğlu, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Söhrab İsayev, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlamov, həmçinin Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdəki mədəniyyət müşaviri Mühittin Macit çıxış edərək sərginin əhəmiyyətindən, müəllifin sənətə verdiyi töhfələrdən və milli-mənəvi dəyərlərin incə sənət dili ilə təqdimindən danışıblar.

Sonda Tünzalə Məmmədzadə sərgi iştirakçılarına təşəkkürünü bildirib, sərgini 26 İyun – Silahlı Qüvvələr Gününə ithaf etdiyini vurğulayıb.

Qeyd edək ki, sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan təsviri sənətinin çoxşaxəli inkişafını bir daha nümayiş etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri