Icma.az
close
up
RU
Tanınmış tarixçidən Əlisa Nicata: “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”

Tanınmış tarixçidən Əlisa Nicata: “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əlisa Nicat konkret Mikayıl Müşfiqin yazılarını, şeirlərini götürüb onu antisovet və antirus çıxışçı kimi qələmə verən Yazıçılar Birliyinin adını çəksin və onların siyahını versin. Səməd Vurğun yaltaq idisə, onlar da xain idi. Xain olmaq çox qorxulu bir şeydir”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında tarixçi alim Zaur Əliyev deyib. Onun sözlərinə görə, Əlisa Nicat xalqın bilməyinə ehtiyacı olan mövzuları kənarda qoyub, cəmiyyətdə populyar olmaq və gündəmdə qalmaq üçün bu sözü deyir: 

“Əlisa Nicat böyük alim, filosofdur. Mən onu tarixçi kimi qəbul edirəm. Çünki tarixi əsərləri var. Səməd Vurğun bu xalqın sevimli şairidir. Səməd Vurğun Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz və Məmməd Araz səviyyəsində bir şair deyildi, amma xalqın sevdiyi bir şair idi. Eyni zamanda, o dövrdə yaşayan insanlarından biri də Əlisa Nicat idi. 

Yəqin ki, Əlisa Nicat da Kommunist Partiyasının üzvü olub, Televiziya kanalında, həmçinin, sovet dövründə müəyyən vəzifələrdə işləyib. Onun da Kommunist Partiyası, Lenin, Stalin haqqında yazıları olub. Əlisa Nicatı biz müstəqillik illərindən sonra tanımağa başlamışıq. Belə hesab edirəm ki, müstəqillik illərinə qədər sovet dövründə heç kim onu tanımırdı və qəbul etmirdi. Mən Əlisa Nicatı sadəcə olaraq ədalətsiz olmaqda ittiham edirəm. O, bu məsələyə çox ədalətsiz və şəxsi qərəz nöqteyi nəzərdən yanaşır. O böyük bir insandır, amma səmimi və ədalətli olsun. 

Desin ki, bax, Səməd Vurğun ilə yanaşı, filan şair də vardı. Elə Süleyman Rüstəmin adını çəksin və ya istintaqda Mikayıl Müşfiqin üzünə dirəşən digər şairlərin adını çəksin. Hüseyn Cavidin məktubları var ki, deyir ağır xəstəyəm, mənə dəyməyin, qoyun mən həyatımı yaşayım, özüm ölüm. Amma yazıçılar dirənmişdi ki, onu öldürün. Əhməd Cavadın üzünə durmuşdular ki, sən xainsən. Əlisa Nicat elə səmimidirsə təkcə Səməd Vurğun ilə kifayətlənməsin. Səməd Vurğun yaltaq idi, bəs xainlər kim idi?”

Zaur Əliyev qeyd edib ki, birbaşa xainləri ittiham etmək laızmdır: 

“Bu cəmiyyət birdən-birə müstəqillikdən sonra yuxudan ayıldı. Hər kəs keçmişdə olan səhvləri və düzləri müzakirə etməyə başladı. Əgər keçmişdə olan hadisələri müzakirə eləməyə başlasaq, onda gərək xalqın mesenatı Hacı Zeynalabdin Tağıyevi ittiham edək. Tağıyevin də öz dövrünə uyğun səhvləri olub, Çar Rusiyasına xidmət edib. Hətta gərək Musa Nağıyevi də ittiham edək. Həmçinin, gərək Azərbaycanın digər milyonçularını ittham edək. 

Onda gərək biz II Dünya müharibəsində savaşan Həzi Aslanovu, İsrafil Məmmədovu da ittiham edək. Yəni sovet dövründə insanın dünyagörüşü Sovet İttifaqından ibarət idi. İdeologiya qorxusu vardı və ideologiya o insanları buna məcbur edirdi. Hər kəs bilirdi ki, Stalin və Xuruşov dövründə nələr baş vermişdi. 37-ci il repressiyaları insanların yaddaşından silinməyib. Hətta Üzeyir Hacıbəyov kimi böyük şəxsiyyətin özü də repressiya qurbanı ola bilərdi. Səməd Vurğun özü də repressiya siyahısında ola bilərdi. 

Bu insanlar dövrə uyğun yaşadıqlarına görə Kommunist Partiyasına xidmət ediblər. Onların müəyyən əsərləri olub ki, orda Azərbaycan adının çəkilməsi olmazdı. Xudu Məmmədov, Xan Əmi və ya Bəxtiyar Vahabzadənin özü də Leninə poema yazıb. Onda belə çıxır ki, Bəxtiyar Vahabzadə də satqındır? Xudu Məmmədov da o dövrdə sovet elminin inkişafı üçün çalışıb. 

Xudu Məmmədov xaindir? Keçmişi ittiham edək. Amma keçmiçi o halda ittiham edək ki, onlar birbaşa xain olublar. Məsələn, Mikayıl Müşfiqin əleyhinə imza atanlar və Hüseyn Cavidin üzünə duranlar, Yazıçılar Birliyinin üvzləri və s. Sovet dövrünun 30-cu illərini götürək, Yazıçılar Birliyinin üzvlərinin xidməti nədən ibarət idi? Hamı repressiyadan qorxurdu və gözləyirdi ki, gəlib onun qapısını döyəcəklər. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz və digərləri bu qorxunu yaşayıb. 

Əlisa Nicat onları güllələnməyə, sürgünə, ölümə göndərən o şair və yazıçıların adlarını niyə çəkmir? Yazıçılar Birliyinin üzvlərinin, onları Əlisa Nicat yaxşı bilir, tarixçidir. Səməd Vurğunun digərlərindən fərqi odur ki, o, nə Əhməd Cavad, nə Mikayıl Müşfiq, nə Hüseyn Cavid əleyhinə imza atıb. Mircəfər Bağırov çağırıb Səməd Vurğunu məcbur edib. Səməd Vurğun gəlib qorxusundan intihar etmək istəyib. Səməd Vurğun bir təhər hansısa yolla qohumları və nəslinə görə repressiyadan canını qutarıb”. 

Tarixçi alimin sözlərinə görə, yəqin Əlisa Nicat kimsə tərəfindənsə görülməsini istəyir: 

“Əlisa Nicat bu suala cavab versin görək, Yazıçılar Birliyinin Azərbaycan Xalq yazıçısı adını ilk dəfə kimə veriblər? Aleksandr Şirvanzadəyə (Şirinzadəyə) kim bu adı verib? Əlisa Nicat tarixi belə dərindən bilirsə, açsın qoysun ortaya Mikayıl Müşfiqin əleyhinə imza atanlar kimlər idi? Çox uzağa getmək lazım deyil. Milli arxivlərdə bu adamların yazdığı məktublar və imzaları var. İndiki dövrdə şair və yazıçıların adını çəksin. Hansılar ki, 90-ci illərdə “Vətən, Vətən” deyib deputat olmuşdular, indi oğlanları diplomat, səfir və digər vəzifələrdədir. 90 cı illərdə şairlər, yazçılar alovlu şeirlər deyirdilər. 

Sonra nə oldu? Hamısı bütün dövrlərdə yaxşı vəzifələrdə çalışdı. Biz sənədləri oxuyub öyrənirik. Amma onun demək olar ki, 90 yaşı var. Bu prosesləri görüb, yaşayıb. O, ən azından o insanları şəxsən tanıyıb. Desin ki mən bilirəm ki, filankəs budur. Elə hər dəfə Səməd Vurğunun adı çəkilir. Səməd Vurğun xalqın sevdiyi bir insandırsa, niyə həmişə hədəf o olur? Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin və digərlərinin adını çəkmir? Bəxtiyar Vahabzadə də “Lenin” poeması yazmışdı. 

Niyə məhz Səməd Vurğun? Mən hesab edirəm ki, Əlisa Nicat şəxsi qərəzlikdən bunu deyib. Onun Səməd Vurğunun ailəsi və ya yaxınları ilə şəxsi qərəzliyi varmı, bunu deyib bilmirəm. Yəqin istəyir ki, onun tərəfini tutan insanlar olsun, onu kimsə görsün. 70-80-cı illərdə Yazıçılar Birliyində belə bir ifadə vardı: “Əkrəm Əylisli yenə nəsə istəyir”.

Əkrəm Əyrisli nəyə etiraz edirdisə, demək nəsə istəyir. Ona vermirdilərsə etiraz edirdi və istəyinə nail olanda sakitləşirdi. Əlisa Nicatı ittiham etmirəm. Azad insandır, öz fikrini səsləndirib. Hər kəs öz fikrini deyə bilər. Amma ədalətli və səmimi şəkildə. 

Əgər o, həmin dövrü gözəl bilirsə, buyursun, xainlərin adını açıqlasın ki, hansı yazıçı öz əqidə yoldaşlarına, dostlarına xəyanət edib”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri