Tanış olduğu qadının keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəriman Tahirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və iclas zalından dərhal həbsdən azad olunub.
İttihama görə, hadisə 2024-cü ilin oktyabrında paytaxt ərazisində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.
Belə ki, Nəriman Tahirov tanışı Cəmilə Səmədova (ad-soyad şərtidir) ilə birgə zərərçəkmiş İlham Kərimzadə (soyadı şərtidir) ilə görüşüb. O, əvvəllər Cəmilə ilə sevgili olan İlhamdan qadından uzaq durmasını tələb edib. Bu zaman zərərçəkmiş onu təhqir edib. Nəriman İlhamın sifətinə yumruqla bir dəfə vurub. Zərərçəkmiş yıxılaraq bədən xəsarətləri alıb.
Hadisədən sonra Nəriman Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Baxış sayı:57
Bu xəbər 23 İyul 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















