Icma.az
close
up
RU
Tanışı ilə birgə eks sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı

Tanışı ilə birgə eks sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən P.Allahverdiyev və G.Hümbətovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin olunub. Cinayət Məcəlləsinin 32.4,180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş P.Allahverdiyevin barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilib. P.Allahverdiyevin ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 7 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılıb və üzərində qəti olaraq 10 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttiham aktına görə, P.Allahverdiyev tanışı G.Hümbətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. G.Hümbətova əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş S.S.-nin etimadını qazanmaq üçün plan qurub. Bu məqsədlə, G.Hümbətova dəfələrlə müştəri qismində zərərçəkmiş şəxsin icarəyə götürüb işlədiyi gözəllik salonuna gedərək kosmetoloji prosedurlar etdirib və onun yaxın əhatəsinə girməyə nail olub.

Sonra qabaqcadan hazırlanmış cinayət planına uyğun olaraq, 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən restoranda G.Hümbətova ilə S.S. birgə yeyib-içiblər. Daha sonra onlar Nərimanov rayonunda yerləşən digər restoranda görüşüblər. Həmin vaxt zərərçəkmiş şəxs avtomobilin sürücü oturacağında əyləşib, kassada sifariş etdiyi dondurmaların pulunu ödəyən zaman G.Hümbətova onun dəyəri 3 000 manat olan "iPhone 13 Pro" markalı mobil telefon aparatını ələ keçirərək hadisə yerindən uzaqlaşıb və həmin gün tanışına təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri