Tanışını qəbiristanlıqda döyən şəxsə hökm oxundu
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Quba Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Pənah Tağıyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydın Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 16 mart 2025-ci il tarixdə, saat 17:00 radələrində Quba şəhəri, “Qardaşlıq” parkının yaxınlığında yerləşən qəbiristanlıqda qeydə alınıb.
Belə ki, Pənah Tağıyev tanışı, zərərçəkmiş Mənsur Rəfizadə (ad, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, zərərçəkmiş şəxsin qəsdən bədən nahiyəsindən yumruqla vuraraq, ona sağlamlığına az ağır zərər yetirib.
Hadisədən sonra Pənah Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə zərərçəkmiş Mənsur Rəfizadə əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Kamal Məmmədov


