Icma.az
close
up
RU
Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Amerikalı senator Steve Daines dünən Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında deyir ki, türkmən qazını Avropaya çıxarmaq üçün cəmi 22 mil interkonnektor kifayətdir. Yəni senator demək istəyir ki, Xəzərə turba atıb, qazı Azərbaycan tərəfə keçirik və bu qaz Cənub Qaz Dəhlizi üzərindən Avropaya çıxarılır".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, amma məsələ heç də bu qədər sadə deyil:

"Əvvəla, Xəzər dənizinin eni müxtəlif nöqtələrdə fərqlənsə də, 250 km-dən yaxın sahillər yoxdur. Ən yaxın Siyəzən sahilləri tərəfidir ki, orada da məsafə təxminən 270–300 km-dir. Türkmənistan sahilindən Səngəçal terminalına qədər olan məsafə nəzərdə tutulsa, bu, 320 km-dən çoxdur. Hətta Şahdəniz yatağına türkmən qazını çatdırmaq istəsələr belə, yenə sahildən ora 250 km-dən az deyil.

Yəni “22 mil” (22 mil təxminən 40 km) ifadəsi ya rəsmi bilməzlikdir, ya da məqsədli sadələşdirmədir. (Ya da vərəqdən oxuyanda səhv oxuyub)

Hə, ola bilər ki, Xəzərin dibində birgə işlənən yataqlar arası məsafəni, məsələn, Dostluq yatağını nəzərdə tutur, amma yenə uyğun gəlmir.

Ən əsası isə Türkmənistanın qaz ehtiyatı 19.5 trilyon kubmetrdir və bu ölkə dünyada qaz ehtiyatına görə 4-cü yerdədir. Bu miqyasda resursun ixracı sadəcə Xəzərə atılan 22 millik interkonnektorla mümkün deyil. Bu, genişmiqyaslı və yüksək maliyyətli mühəndis layihəsi tələb edir.

Bundan başqa, 30 milyard barel neft ehtiyatı olan Qazaxıstan və onun da ixrac maraqları bu məsələdə yer alır. Regionda isə Rusiya, Çin və İran kimi güclü aktorların maraqları toqquşur. Bu səbəbdən Transxəzər layihəsi yalnız texniki deyil, həm də siyasi və diplomatik ağırlıq daşıyır. Hələ bunun maliyyə təminatı bir ayrı yükdür.

Amma bütün bu mürəkkəb coğrafi və geosiyasi mənzərədə şərait nə qədər qarışıq olsa da, bir gün Transxəzər layihəsi icra olunacaqdır. Çünki bir həqiqət dəyişməz qalır: Azərbaycan – regionun ən etibarlı və sabit tərəfdaşıdır. Avropa Mərkəzi Asiya ehtiyatlarını arzulayır. O zaman gec, ya tez bu sevda baş tutacaq. Bu sadəcə zaman məsələsidir. Amma bu, senator Dainesin dediyi kimi 22 millik turba atmaqla yox, ciddi layihələrlə olacaq. O zaman Azərbaycan tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var. Çünki Mərkəzi Asiya ehtiyatları üçün yeni “turba”lar çəkiləcək, bir gün. Bu turbalar Ermənistanı da salamlaya bilər".

Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri