Kafedə Mafiya oyununda tanışını döyən şəxsə hökm oxundu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xətai Rayon Məhkəməsində kafedə tanışını döyməkdə təqsirləndirilən Məlik Ağarzayevin cinayət işi üzrə məhkəmə prosesi başaq çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Ağarzayevə üç il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron nəzarət vasitəsi olan qolbaq tətbiq edilib.
İttihama görə, hadisə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində təşkil edilən "Mafiya" oyunu zamanı baş verib.
1999-cu il təvəllüdlü M.Ağarzayev "Mafiya" oyununda olan oyunçulardan biri ilə dava edib və ona xəsarət yetirib.
M.Ağarzayev barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Aqil Vəlili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















