Icma.az
close
up
RU
Tanrının qırmancı Atilla

Tanrının qırmancı Atilla

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Roma ordusunun baş sərkərdəsi Aetiüs Attilanın məqsədini anlayırdı. Bir yandan onu qızışdırmamaq üçün məcbur olduqları illik vergiləri gecikdirmədən ödəyir, bir yandan da ordularını, xüsusi ilə süvarilərini türk üsulunda yenidən təşkilatlandırırdı.O, Romanı narahat edən barbar tayfaları ilə barışmışdı.Hun hakimiyyəti altındakı tayfalarla da gizli görüşlər keçirərək onları üsyana təşviq edirdi.

Zahirən Attilanın Qərbi Romaya hücuma hüquqi və hərbi baxımdan bir bəhanəsi yox idi.

Attilanın siyasi və hərbi hazırlığı iki ilə qədər sürdü.Çünki Roma imperatorluğuna edəcəyi səfərdə bütün Qərbi,bütün Xristian dünyasını, Bizansı öz hegemonluğu altında saxlayacaq bir dövlət olaraq üsyan üçün fürsət güdən tayfalarla qarşılaşacağını bilirdi.

Hazırlığını bitirdiyi zaman Attila müharibə bəhanəsini də tapmışdı. Bir neçə il əvvəl Roma imperatoru III Valentinianusun bacısı Hanoriya ərə getmək niyyəti ilə Attilaya bir nişan üzüyü göndərmişdi. Bu şahzadə qız,imperator hüququna sahib olduğunu iddia edir və “Avqusta” adı ilə tanınırdı.Attilaya ərə gedərsə Roma imperatorluğunda bir nömrəli söz sahibi olacağını umurdu.Attila bu nişan üzüyünü xatırladı və Roma imperatoruna bir nota göndərərək nişanlısı Hanoriyanı arvadı olaraq qəbul etdiyini,cehiz olaraq da imperatorluğun onun hissəsinə düşən yarısını istədiyini və Hanoriyanın əri sifəti ilə Roma imperatorluğunda söz sahibi olacağını bildirdi.

Attilanın niyyəti açıqdı.İmperator Valentinianus və onun baş sərkərdəsi Aetiüs vaxt qazanmaq üçün əvvəl baş qatmaq yolunu tutub, sonra Attilanın istədiyini rədd etdilər. Bu rədd cavabı və Reyn boylarındakı qotlarla əlaqəli bir anlaşılmazlıq müharibə üçün lazımi səbəb sayıldı və Attila hərəkətə gəldi.

Attila 100 mini türk və qalanı german,slavyan tayfalarından ibarət 200 min nəfərlik bir ordu ilə Qalliyaya doğru irəliləməyə başladı...

Roma ordusu da eyni yerə gəlmişdi və o da 200 min nəfərlik idi.Hun düşməni olan barbarların hamısı Aetiüs ordusuna qoşulmuşlardı.

Hunlar Metz və Reyms şəhərlərini zəbt etdikdən sonra Paris yaxınlığındakı Orleana çatdılar. Aetiüs də oraya gəlirdi.Attila meydan savaşı üçün Katalaun bölgəsini (Kampus Mauriakus da adlanır) türk strategiyasına daha uyğun görürdü və döyüş orada olacaqdı.

20 iyun 451-ci ildə dünyanın iki yarısı bir-biri ilə üz-üzə gəldi. Dünyanın bu ən güclü iki ordusu arasında o günə qədər görünməmiş döyüş başladı. 24 saat çəkən bu savaşda hər iki tərəf ağır tələfat (165 min) verdi və sonra geri çəkildilər.Döyüş günü axşamı Roma ordusu dağıldı.Bölüklər arasında əlaqəni itirən Aetiüs səhvən düşdüyü Hun hərbi hissələri arasından canını güclə qurtardı və geri çəkilmək məcburiyyətində qaldı.Romanı müdafiə edən Qərbi Qot ordusu da kralları bu savaşda öləndən sonra geri çəkilmək məcburiyyətində qalmış,kralın oğlu ordusunu götürüb getmişdi.

Attila geri çəkilməkdə olan Aetiüsü təqib etmədi.Ona amansız və çox itkili savaşdan sonra ordusuna istirahət vermək lazım idi.İstəyinə yetişmiş,Romanın hərbi bazası sayılan Qallianı işğal etməklə bu imperatorluğu ən güclü dayaqdan məhrum etmişdi.Bundan sonra ilk ciddi hücumla bütün Romanı tamam çökdürəcəyi şübhəsiz idi və buna qısa bir hazırlıq gərəkdi.

Aetiüs məğlub olduqdan sonra Romada gözdən düşdü.Əyalətlər bir-bir ayrıldı.Bunun müqabilində Attila böyük bir nizam və intizamla 20 günə ordusunu öz paytaxtının yerləşdiyi bölgəyə gətirdi.Savaşdan sonra dünya onun yenilməzliyini bir daha anlamış və qəbul etmişdi.

Yadelli müəlliflər uzun illərdən bəri bu savaşın qalib, məğlub məlum olmadan sona çatdığını yazırdılar. Bu gün mənbələrin qəti açıqlamasından sonra qalib gələnin Attila olduğunu hamı qəbul etdi. Daha bu savaşdan sonra Roma hər baxımdan pərişan vəziyyətdə qalmışdı.Beləliklə,Attila bir il keçmədən məğlub edib dağıtdığı Roma imperatorluğunu bütövlükdə hakimiyyəti altına almaq üçün hərəkət etdiyi zaman,onun qarşısında dayana bilən güclər qalmamışdı.

Attila yüz min atlı ilə 452-ci iln baharında Po ovalığına gəldi və o zamankı Roma paytaxtı Ravennaya doğru irəlilədi. Aetiüs qarşılaşmanın imkansız olduğunu söyləyir və imperator Valentinianusa İtaliyanı tərk etmək lazım gəldiyini deyirdi.Saray,xalq,senat və kilsə,yəni papalıq təşviş içində idilər.Təslim olub,itaət etməkdən, Attilaya xərac vergisini artırmaqdan başqa çarə olmadığını düşündülər və buna qərar verdilər.Bu vəziyyət Katalaun savaşında kimin qalib gəldiyini də çox yaxşı göstərirdi.

Attila papalığın mərkəzi Roma imperatorluğunun və bütün Avropanın ən böyük,ən məşhur heykəllərlə dolu şəhəri Romanın qapılarına dayandığı zaman romalılar Papa I Leonun başçılığı ilə onun yanına böyük bir ricaçı heyət göndərdilər.Attila bu heyəti qərargahında qəbul etdi.” Səni salamlayıram,Tanrının bəlası!” deyərək Papa Attiladan Romanın bağışlanmasını xahiş edirdi.Papa Leo türk başçısına Roma imperatoru və bütün xristian dünyası adından gəldiyini söyləyərək kimləri təmsil etdiyini sənədlərlə göstərdi. Ən böyük sənəd isə imperatorlar da daxil olmaqla bütün xristian aləminin lideri olan papanın gəlməsi idi.Papa diz çöküb yalvardı və Attiladan Romanın əfvini xahiş etdi və bunun müqabilində ilbəil xəracın artırılacağını,Hun başçısının bütün şərtlərinə sözsüz əməl olunacağını bildirdi.Əsas məqsədi xristianlıq mərkəzinin yıxılmaması idi.Əslində bu, Romanın təslimi deməkdi və Papa da bundan başqa bir şey söyləmir, Attila isə bundan başqa bir şey istəmirdi.

Nəhayət,Roma papası I Leo Attilanın qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan etdi.Bunu I Napoleon da düşünürdü və o da Attila kimi papanı hüzuruna gətirdən ikinci Avropa imperatoru oldu.

Attila Papanın yalvarışını qəbul etdi və Roma şəhərini işğal etmədi, dağıtmadı,yandırmadı.Beş il öncə Böyük Çəkməcəyə qədər gəldiyi halda İstanbulun məhv olmasına yol vermədiyi kimi,indi də onun qədər böyük bir şəhər olan,ən böyük abidələrin və kitabxanaların yerləşdiyi Romanı,bu şəhərin əsərlərini qorumuş olurdu.Attila tarixi irsin gələcək nəsillər üçün qalmasını istəyirdi.Vaxtı ilə Romanın ən məşhur imperatoru və baş sərkərdəsi olan Yuli Sezar Misiri zəbt etdiyi zaman dünyanın ən zəngin və ən böyük kitabxanası olan İsgəndəriyyə kitabxanasını yandırmışdı.

Attila indi həm Qərbin,həm də Şərqin hakimi olmuşdu.Artıq Avropa onu yüzillərlə hafizəsindən çıxarmayacaq, bütün sənət növləri üçün mövzu olaraq götürəcəkdi.

Attila İtaliya səfərindən döndükdən sonra bütün dünyanı hökmü altına almaq üçün sonuncu səfərə də çıxmaq istəyirdi.Bütün Qərb əllərindəydi, bütün Şərqi də əllərinə keçirmək üçün sasaniləri persişləri itaət altına almağı,vergi verməyə məcbur etməyi düşünürdü.Ancaq sasanilərə qarşı səfərini etmədi.

İtaliya səfərindən sonra bir gecə sarayında toy məclisi quran Attila o gecə İldiko adında çox gözəl bir şahzadə ilə evlənmişdi.O,zifaf gecəsində daxili qanaxmadan, ağzından, burnundan qan gələrək öldü (453).Cəsədi yoxlayan Tenqriçilik dininin qamı (şaman): “Sui-qəsd olmayıb,böyük qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü”,dedi.

Attilanın ölümü hunları matəmə qərq etdi.Amma o, millətlərin hafizəsində əbədi qalır.Rəvayətə görə onu iç-içə üç tabuta qoydular.Birinci tabut günəş kimi parlayan qızıldan düzəldilmişdi.Çünki o, hunların günəşi idi.İkinci tabut quyruqlu ulduzun quyruğu kimi parlayan gümüşdən idi.Çünki o nadir görünən bir quyruqlu ulduz idi. Üçüncü tabut su verilmiş poladdan düzəldilmişdi.Çünki polad kimi qüvvətli idi.

Qızıl, gümüş və poladdan düzəldilən bu üç qatlı tabut Attilaya aid silahlar və dəyərli əşyalarla birlikdə Tisza çayının kiçik adalarından birində kömüldü.Kiçik adada məzar dərində qazılmış, sonra çayın yatağı dəyişdirilərək onun üzərindən keçirilmişdi.Beləliklə Attilanın məzarını kimsə tapmayacaq,talan etməyəcəkdi.Bu məzar həqiqətən də indiyədək tapılmayıb.Attila barəsində çoxlu kitablar yazılmışdır.

Attilanın ölümü

Göy üzündə yağış yağdıran bir bulud

Günəşsə yaslara bürünmüş batır...

Qızıl,gümüş və poladdan bir tabut

Bu tabutda Hun günəşi yatır.

Attilanın Arixan adlı xatundan üç oğlu olmuşdu.Bunlar yaş sırasına görə İlək,Dənqizlik və İrnək idilər.Başqa xatundan Çaba adlı bir oğlu olduğu söylənir.

Övladları Attilanın yerini tuta bilmədilər.Onun ölümündən sonra böyük oğlu İlək xaqan oldu.İləkin xaqanlığı çox sürmədi german tayfaları ilə savaşda öldü.İkinci oğlu İrnək də öldükdən sonra üçüncü oğlu hunların böyük qismini toplayıb Qara dənizin qərb sahillərinə döndü.

İrnək Avropada dövlət quran macarlar və bulqarların təşəkkülündə böyük rol oynamışdır.Attilanın sarayında türk,qot və latın dillərində danışılırdı.Çünki burada hər üç qövmdən böyük rütbəli məmurlar var idi.

Hunların bir bölümündən macarlar,bir başqa bölümündən də bulqarlar ayrı-ayrı dövlətlər halında ortaya çıxdılar.

Qərbi Hun İmperiyası və ya Avropa Hun İmperiyası (378-470) Avropaya hərbi təşkilatlanmada olduğu kimi sosial həyat və mədəniyyət baxımından da çox şey verdi.

Romalılar V-ci yüzillikdən etibarən hərbi sahədə Türk ordularındakı təşkilat quruluşunu və Hun ordusundakı 10-luq sistemi mənimsəməyə başladılar.Kətan köynək paltarı da ilk dəfə türklərdə gördülər və təqlid etdilər.Jaket,şalvar geyməyi və masada yemək yeməyi yenə türklərdən öyrəndilər.Xəzər şahzadəsi Çiçək Bizans sarayına gəlin getdiyi zaman geydiyi türk paltarı “Xaqan Xatun geyimi” də Bizansda dəb olmuş və oradan Avropaya yayılmışdı.

Attilanın sarayında ona tabe olan ölkələrin təmsilçiləri,vəzifəli xaricilər az deyildi. Buna görə qot və latın dilləri də türkcə qədər yayılırdı.Türklər həm dillərini,həm adətlərini heç pozulmadan qorumuşdular.Siyasi hakimiyyət sona çatınca yalnız türkcə danışıldı və türk ulusuna döndülər.

Qərb hunları qızıl və gümüş düzəltməklə irəlidə idilər.Hunların uzun zaman oturaq həyat yaşadıqları Macarıstanda aparılan qazıntılarda bir çox keramik və qızıl əşya zənginliyi ilə önə çıxmışdır.Hun kurqanlarında ölünün yanına silah və at qoyulmasıdan başqa,onun yanına qızıl qazan, gümüş kəmər,qaşıq,qızıl tac və başqa şeylər də qoyulurdu.

“Tanrının qəzəbi” rəvayəti

Avropa tarixçiləri və kisə xadimləri Attilanı “Tanrının qəzəbi” (Latınca:Flagellum Dei) adlandırırdılar.Onların inancına görə Attila günahkar Qərbi və Şərqi Roma imperiyalarını və bütün xristian dünyasını cəzalandırmaq üçün Tanrı tərəfindən göndərilmişdi.

“Sehirli qılınc” əfsanəsi

Bir əfsanəyə görə,Attila döyüş meydanında məğlub edilməz olmasını Tanrı Xaqanın ona verdiyi “Sehirli qılıncla” (“Tanrının qılıncı”) izah edirdi.Rəvayətə əsasən,bu qılınc bir çoban tərəfindən təsadüfən tapılıb Attilaya gətirilmişdi.Attila isə bunu Göy Tanrının bir nişanəsi kimi qəbul edib dünyanı fəth etmək üçün Tanrının onu seçdiyinə inanmışdı.Əfsanəyə görə “Sehirli qılınc” Attila ilə birlikdə onun məzarına kömülmüşdü.

Roma Papası ilə görüş

452-ci ildə Roma şəhəri yaxınlığında Papa I Leo onun hüzuruna gəlir.Əfsanəyə görə,görüş zamanı Attila birdən –birə qərarını dəyişib Roma şəhərini ələ keçirməkdən imtina edir.Bəzi rəvayətlərə görə,Papa ilə görüş zamanı göydə uçan nəməlum obyektlərin UFO-ların peyda olduğu və Attila göydəki UFO-lara görə Roma şəhərini ələ keçirməkdən imtina etdiyi iddia edilir.

Attila təkcə böyük bir sərkərdə deyil,həm də əsrlər boyu Avropada və Türk Dünyasında əfsanəvi bir şəxsiyyət olmuşdur.Onun adı bu gün Avropada həm qorxu,həm də heyranlıqla xatırlanır.

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see224

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see220

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see208

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see203

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see200

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see188

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see185

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see175

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see174

7 yaşlı Elanın diş müalicəsi zamanı ürəyi dayandı, araşdırma aparılır

04 İyul 2026 17:25see166

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see166

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see165

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see164

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see160

Antonelli qalib oldu

05 İyul 2026 00:59see160

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see159

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see159

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see154

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see153

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri