Icma.az
close
up
RU
Tanrıya açıq məktub 2ci hissə

Tanrıya açıq məktub 2ci hissə

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Elçin Bayramlı

Səbrli Tanrım! Görürsən ki, bu planetdə vəziyyət necə də pisdir. Bu səbəbdən bir çoxlarında belə qənaət hasil olur ki, Sən bu planeti tamam yaddan çıxarıbsan. Şeytan da bundan istifadə edib, “dərə xəlvət, tülkü bəy” misalı dünyamızda at oynadır. Ağlı və dərrakəsi zəif olanları çaşdırır ki, guya bu planetin sahibi-ixtiyarı odur.

Bu haqda müəyyən “sübut” və “dəlillər” də gətirir ki, vallah ona inanmamaq hər adamın işi deyil. Məsələn deyir ki, görmürsünüzmü, mənə tapınanlar əla yaşayır, dünya nemətlərindən gen-bol istifadə edir, mal-dövlət və vəzifə qazanıb sağlam və şad-xürrəm ömür sürürlər. Amma deyir ki, guya Sənə tapınanlar daim təhqir olunur, acından küçələrdə ölür, kasıbçılıqdan arvad-usağın, dost-tanışın yanında xəcil olur, cibi boş, ürəyi dolu çöllərdə sərgərdan və səfil həyat sürürlər.

Adamlar da bu dünyanın gərdişindən və dövranın kəcrəftarından hali olub real situasiyanı yüngülvari monitorinq eləyəndə bu deyilənlərin reallıq olduğu qənaətini hasil edirlər. O başqa söhbətdir ki, hər kəs əbədi həyatda bunun mükafat və ya cəzasını alacaq, amma gəl görək bu sözlərə inanan varmı?

Hazırda tərəqqipərvər dünya ictimaiyyətində belə bir postulat hökm sürür ki, nagd soğan nisyə baldan yaxşıdır. Yəni, 5 günlük dünyadır, ye-iç kef elə, sonra da nə olar-olar. Deyirlər ki, oyunun qaydalarını biz qoymamışıq ha, biz ona riayət etməyə məcburuq. Yəni ki, "bəlayi-eşq"ə giriftar olanların “müsibəti-ruzigarı”ndan agah olmayan adamlar bəni-insan kimi yaşaya bilməz.

Şeyx nəsrullahların sayı yaman artıb Mərhəmətli Tanrım, sayı-hesabı bilinmir. Kefli isgəndərlərin xalqı mövhumat zəncirindən azad etmə cəhdləri isə, nəinki bir fayda vermir, əksinə bu adamların başlarına elə oyun açırlar ki, bir də "mıqq" eləyə bilmirlər. Mövhumat demişkən, Şeytanın qara magiya elmini mənimsəyən və ruhunu şər qüvvələrə satan bəzi adamlar cadugərliklə məşgul olaraq insanları Səndən uzaqlaşdırmaqla məşğuldurlar.

Bu quldurlar, guya "ilahi qüdrətləri" sayəsində əməl-cadu ilə, insan taleyini "dəyişir", müstərilərinin işlərini "uğurlu edir", onun düşmənlərinin taleyini "məhv edir", gələcəkdən "xəbər verir" və s. bu kimi çirkin və yaramaz işlərlə məşğul olurlar. Beləliklə də, Sənin kosmik reputasiyana ciddi zərbələr vurur və bəndələrində Sənə İnamı öldürürlər.

Bir çox adamlar da Səni qoyub onlara inanır və pənah gətirirlər. Dindirəndə deyirlər ki, hər şeyi cadugərlər həll edir, onda Tanrı kimə lazımdır və nədən ötrüdür ki?! Indi bunların məntiqi ilə guya Sən mömün bəndələrini müdafiəsiz qoymusan. Amma gərək qanalar ki, içində Tanrı yazılmış qəlbə Sənin mənfi enerjini təmsil edən Şeytan və onun cadugərləri heç nə eləyə bilməz, nədən ki, qara qüvvələr yalnız qaranlığı, murdarlığı və xəbisliyi sevir, elə həmin yerlərə də rahatca daxil ola bilirlər, imanlı qəlb qarşısında isə bunlar aciz və gücsüzdülər.

Bir para adamlar da Səni və xalqı aldatmaq xəyalına düşüb özlərini dindar göstərirlər, yəni artistlik edirlər. Mən Sənin elə bəndələrini tanıyıram ki, özünə yeni titul və ictimai imtiyazlar almaq məqsədilə ziyarətə-filana gediblər, amma əslində Şeytan onlardan min dəfə şükürlüdür.

Gün ərzində bu planetdə 3000 min nəfərə yaxın zavallı insan acından ölür, 850 milyon insan aclıgını yatmaqla söndürmək məcburiyyətindədir, hər il 5 milyon uşaq aclıq, yoxsulluq və dəhşətli xəstəliklərdən tələf olur, amma 5 min dollar xərc çəkib ziyarətə gedənlər bu pula 5 min acı doydurmaq kimi savab işdən yapışmaq istəmirlər?

Dünyanın başında oturan şeytanın əsgərləri gündə bir müharibə çıxarıb qırğın salırlar. Ölkələr xaraba qalır, milyonlartla insan ölür, şikəst olur, dünya zəhərlənir... Dünya əhalisinin zəhməti də silah düzəltməyə sərf olunur. Sonra da deyirlər iqtisadi böhran nədən yarandı?

Qədimlərdə adil şahlar ölkələri müdrikliklə və ədalətlə idarə edirdilər, Yerdə Qızıl Dövr bərqərar olmuşdu. Müdrik din xadimləri- ruhani ustadlar dünya malından imtina edib, ancaq ilahi bilikləri bəndələrinə təlim etmək və onlarda sevgi və mərhəmət oyatmaqla məşgul idilər. Müdrik dərvişlər dünya malından əyninə beş arşın parça, əlinə də bir əsa alıb diyar-diyar gəzib Səni mədh edirdilər. Evi-eşiyi, malı-mülkü olmayan böyük müdriklər isə, məbədlərdə ibadət və elmlə məşgul olardılar.

İndi gəl baxaq görək, bugünkü din xadimləri nə işlərlə məşğulat eləyirlər. Cah-cəlallı saraylar, bahalı avtomobillər, 3-4 arvad və ya kəniz, gündə 3-4 dəfə bahalı dünya nemətlərini gen-bol qarnına doldurmaq və 150 kq. fiziki çəkiylə fəxr etmək. Məhəmməd Peyğəmbər "qonşusu ac ikən, gözünə yuxu gedən bizdən deyil" demişdi, amma nə oldu? Indi hər gün cah-cəlallı saraylarında bol nemətlərlə bəzənmiş süfrə arxasında eyş-işrət məclisləri düzəldən, xalqın qızlarını pulunun gücü ilə qarşısında göbək rəqsi oynamağa məcbur edən toxların, qonşuluqda onlarla ac varkən gözlərinə elə rahat yuxu gedir ki...

Bəzi din xadimləri təmtəraqlı, cah-cəlallı yas məclislərində yuxarı başda oturub yağlı bozbaş və plovu rahatca həzm-rabedən keçirir, amma xalqa nəsihət eləmirlər ki, ey avam camaat, bu nə həngamə ehsandı, süfrənin üstündə bircə araq çatışmır, məgər əziz peyğəmbərlərə beləmi ehsan verilmişdi, indi siz peyğəmbərlərdən artıq zatsınızmı?!

Deməzlər! Nədən ki, sərf eləməz. Yas məclisində Sənin keyfiyyətlərindən, ilahi və maddi elmlərdən danışmaq əvəzinə başlayarlar, olüdən, qəbirdən, ehsandan, cəhənnəmdən, nə bilim hansı qorxulu şeylərdən danışmağa. O səbəbdəndir ki, artıq bir çoxlarının beynində Sənin qəzəbli, qorxulu və əzazil obrazın yaranıb.

Müqəddəs kitabları qəsdən elə təhrif və təqdim edirlər ki, insanlarda ikrah yaranır. Sənin sözlərini öz həqiqi mənasından başqa hər mənada yozub beləcə beyinlərə yeridirlər, sonda da deyirlər ki, belə Tanrı sizə lazımdırmi? Bu bilik saxtalaşdırmasının içində həqiqəti görmək, dərk etmək hər adamın işi deyil.

İndi də dünyada qlobal şeytanı imperiya qurmuş quldurlar dinindən dönməyən insanları başqa nağıllarla aldadıb onların özlərinə qarşı müqavimətini neytrallaşdırırlar. Məsələn deyirlər ki, göydən bir nəfər gələcək, hər şeyi düzəldəcək, zalımları məhv edəcək, ədaləti bərqərar edəcək. Yəni, siz oturun gözləyin, kimsə bir sehirbaz gəlib sizin əvəzinizə hər şeyi həll edəcək. Dərrakəsi və müqəddəs kitablarda deyilənlərin həqiqi mənasını anlayanlar bilir ki, belə söhbət yoxdur. Yəni, müftə kiftə yoxdur, insan cəmiyyəti hər şeyi özü həll etməlidir. Nə əkərsə, onu da biçəcək. Necə istəyirsə, elə də yaşayacaq...

Ardı var

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see228

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see223

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see204

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see203

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see200

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see198

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see198

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see187

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see186

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see186

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see185

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see175

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see159

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see159

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see159

Dünya çempionatı: Altı qolun vurulduğu oyunda İngiltərə sevinib

18 İyun 2026 02:02see156

Rusiyada Hitlerin adına pizza sifariş edən tələbə həbs edilib

18 İyun 2026 05:08see154

XXI əsrdə Dünya çempionatında başla qol vuran ən qısaboylu ikinci oyunçu oldu

18 İyun 2026 00:33see154

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see148

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri