Icma.az
close
up
RU
Tanrıya açıq məktub 3cü hissə

Tanrıya açıq məktub 3cü hissə

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

Uca Tanrım, üzüm Mübarək Qədəmlərinin altına, bəzi üzüqara bəndələrin Sənin ən böyük enerjin olan Sevgini döndəriblər lap həsənsoxdu dəyirmanına. Orda-burda onun-bunun ana-bacısı ilə min oyundan çıxır, adını da qoyurlar ki, bu sevgidir, nə bilim təbiətin qanunudur.

Üstəlik, söhbət düşəndə özlərini öyüb mən xristianam, nə bilim müsəlmanam kimi sərsəm iddialarda bulunurlar. Bunlara baxanda adamın lap əti tökülür, çünki bu bədbəxtlər qanunsuz cinsi münasibətləri Sənin Yaradılışda ən möhtəşəm enerjin olan Sevgi ilə qarışdırırlar. Həmin bu adamlar o uzunboğaz çəkməyə bənzər ölkədə həyasızlıq və əxlaqsızlıq edən bir pozğunun tonqalda yandırılması tarixini Sevgililər Günü kimi cəmiyyətə soxuşdurublar.

Bunlar bir yana, hələ mən eynicinsli nigahları və cinsi münasibətləri demirəm. Düzü, utanıram bu haqda danışmaga... Son yarım əsrdə çox şey dəyişib Səxavətli Tanrım, mənəvi dəyərlər itmək üzrədir, İnsanlıq yoxa çıxma ərəfəsindədir. İndi evi və pulu olmayan vicdanlı və namuslu oğlana qız vermirlər, indi pulu-vəzifəsi olmayanı adam yerinə qoymurlar, indi “Haqq” deyənin dilini, “Ədalət” deyənin qolunu, “Qanun” deyənin başını kəsirlər. İndi həkimlər can biznesi ilə, mollalar ölü biznesi ilə, müəllimlər qiymət biznesi ilə, siyasətçilər fırıldaqçılıqla, tacirlər xalqın qanını sormaqla, məmurlar rüşvətxorluqla, zəhmətkeş proletariat isə acından ölməmək üçün hamballıqla məşguldur.

İndi adını həkim qoyan bəzi para dəlləklər Sənin insan orqanizmində yaratdığın ən vacib orqanları amputasiya edib atırlar ki, bu artıqdır. Hələ üstəlik, belə əməliyyatlardan birinin- sonralar dəhşətli nəticələrə gətirib çıxaran sünnət əməliyyatının həyata keçirilməsi şərəfinə şənlik edib bir toy çaldırırlar ki, adam gülməkdən az qalır rəhmətə gedə. Hələ bunu dinlə də bağlamağa çalışırlar, baxmayaraq ki müqəddəs kitablarda belə cinayətlər qadağan edilmişdir.

Belə çıxır ki, bunlar Səndən yaxşı bilir nə artıqdır, nə əksik. Beləlilklə də, sağlam adamı şikəst edib qoyurlar bir tərəfə ki, Tanrının səhvini düzəltdik (?). Niyə onların cəzasını vermirsən, yazıq deyilmi xalqın günahsız balaları?

Bunlar bir yana, adlarını dindar qoyan, özlərini Allah əsgəri elan edən bir para qorxunc "roja"lı terrorçular orda-burda bomba partladıb minlərlə günahsız insanı-uşaqları, qadınları, qocaları qətlə yetirəndə Sənin Adını çəkirlər. Lap gülməlidir, guya ki, bu kütləvi qətlləri və qanlı qırğınları bu Şeytanabənzər məxluqlara Sən sifariş vermisən.

Bilirəm ki, çox çərənləyib baş-beynini aparıram, amma başına dönüm ürəyim doludur. And olsun Şöhrətinə və Qüdrətinə ki, mən Sənin və bəndələrinin halına yanıb uzun yazıram, yoxsa mənə nə düşüb ki, gözümü kompüterin monitoru, barmaqlarımı klaviaturanın düymələri şikəst edə-edə bu sicilləməni yazıb qızıl kimi Vaxtını alım. Ona görə də, hələ bir xeylax söhbətim də var ki, oxusan şad olaram.

Bildiyin kimi, artıq bu lənətə gəlmiş planetdə artıq çox adam nəinki Sənin Kitablarını, heç bir-birinin kitablarını da oxumur. Bu səbəbdən də Sənin böyük mələklərindən olan İblis dünyamızda meydan sulayır, aciz və köməksiz bəndələrini yoldan çıxarmaqla məşğul olur. Həm də təkcə yoldan çıxarmağa cəhd etsə nə vardı ki? Səlahiyyətlərini aşaraq insanlara zülüm çəkdirir, öz əlaltıları vasitəsilə mömin və təmiz bəndələrini fəlakətə düçar edir.

Bizim də Səndən başqa heç kimimiz yoxdur. Hara gedək, kimə deyək, indi bir qələtdi eləmişik, gəlib bu dəlixana planetə düşmüşük, çevir bizi o yanındakı tanrıçaların, mələklərin, pərilərin və cinlərin başına qurtar bu müsibətdən. Səni and verirəm 124 min peyğəmbərin əziz ruhuna ki, bu məsələ ilə Özün Şəxsən məşgul ol. Daha Tanrıçalara, Mələklərə filana tapşırma.

Qədim elmi-fəlsəfi və dini kitablarda deyilənə görə, biz kainatın əbədi dövranında milyonlarla həyat yaşayırıq. Hər dəfə də yenidən doğulur və ölürük. Yəni, əslində ölmürük, formamızı, məkanımızı, zamanımızı dəyişirik. Və yeni dünyaya gələndə də, ötən həyatımızda nəyə layiq olmuşuqsa, ona uyğun da həyat alırıq. Bu hesabla əhli-kürrün 90 faizi əvvəlki həyatında nəsə ciddi bir qələt qarışdırıb ki, gəlib burda cəhənnəm əzabı çəkir.

Düzdür, biz başa düşürük ki, Sən bu təhlükəli məxluqları- insanları yaratmağına xeyli peşman olmusan. İndi neynəmək olar, sonrakı peşmançılıq fayda verməz deyiblər, biz Sənə oxşadığımız kimi, Sən də bizə oxşayıbsan, hərdən bir səhv də edirsən. Amma biz səhv edəndə Səndən bağışlanmağımızı diləyirik. Maraqlıdır, Sən səhv edəndə neyləyirsən?

Düzdü, yeganə səhvin Sənə çox baha başa gəldi, ilahi dərgahda keçirdiyin prezentasiyada mələklərin çox dedi, Sən az eşitdin. Dedilər ki, bu insan deyilən məxluq Sənin başına oyun açacaq, inanmadın. İndi də qürurunu qıra bilmirsən, dəqiqədən bir Elçi, Kitab-dəftər göndərirsən ki, bəlkə əhliləşdilər. Amma öz aramızda qalsın, biz düzələn zad deyilik. Bizim mayamıza haram, xəyanət, satqınlıq, xəbislik, zorakılıq, paxıllıq qarışıb. Bunu sən də bilirsən, amma əlini uzadıb qlobal kompyuterdə “delete” düyməsini basa bilmirsən. Yəqin olur ki, mərhəmətin ədalətindən güclüdür...

Ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see415

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see254

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see233

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see215

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see213

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see211

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see199

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see187

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see186

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see179

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see171

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see168

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see168

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see165

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see163

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see163

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see161

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see156

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see151

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri