Icma.az
close
up
RU
Tanrıya açıq məktub 4cü hissə (fəlsəfi esse)

Tanrıya açıq məktub 4cü hissə (fəlsəfi esse)

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elçin Bayramlı

Əvvəli burada

https://sesqazeti.az/news/articles/1216352.html

Həşəmətli Tanrım. Artıq bu planetdə Sənin yaratdığın 4 müqəddəs ünsürdən, yəni, Oddan, Torpaqdan, Sudan və Havadan əsər-əlamət belə qalmayıb. Torpaq kimyəvi kübrələrlə zəhərlənib, bəşəriyyət hər il 6 milyon hektar yararlı torpagı itirir. Süni qida yeməkdən insanlar lap süniləşiblər. Yemək bir yana, su da içiləsi deyil. Su mənbələri murdar tullantılarla çirklənib, 1 milyard yarım adam içməli su tapa bilmir.

Havanın da tərkibi dəyişib, havada zəhərli maddələrin həcmi sürətlə artır. Hər il kimyəvi zavodların və avtomaşınların atmosferə buraxdığı milyardlarla ton zəhərli maddə ilə nəfəs alırıq. Oddan da ki, kütləvi qırğın silahları üçün istifadə edilir.

Bunlar bir yana qalsın, nə yeraltı sərvətlər, nə də yerüstü sərvətlər insanlar arasında düzgün bölünmür. 5-10 nəfər lotu yiyələnib bu sərvətlərə talayır, camaat isə qalır pis vəziyyətdə. Yerin üstü cəhənnəmə, artıq altını da xaraba qoyublar. Adını faydalı qazıntı qoyub, bərpa olunmayan mineralları vəhşicəsinə sorub çıxarırlar və bununla da planetin kimyəvi balansı pozulur. Nəticədə dəhşətli təbii fəlakətlər baş verir.

Bu planetdə canlıların yaşayışını təmin etmək, planeti yad səma cismlərindən və Günəs radiasiyasından qorumaq üçün yaratdığın ozon qatı var ha, bax bəşər oğlu onu da artıq "həll" eləyib. İndi də əl-ayağa düşüblər ki, bəs nə edək, necə eləyək. Ekoloqların dediyini vecinə alan kimdi? Təbii fəlakət olan kimi günahı boyunlarından ataraq, bu Tanrının işidir, deyirlər. Məsələn 1976-cı ildə ABŞ-ın Nevada ştatında həyata keçirdiyi güclü yeraltı nüvə partlayışından 3-cə dəqiqə sonra, Qvatemalada dəhşətli zəlzələ baş vermədimi? Zəlzələ demişkən, artıq insan oğlu zəlzələni özü “təşkil” edir və siyasi məqsədə uyğun şəkildə lazımi ölkələrdə tətbiq edir.

Beləcə, insan fəaliyyətinin əks-təsiri olan təbii fəlakətlər son 20 ildə 4 milyon insanı məhv edib, 1 milyard yarım adamı evsiz-eşiksiz qoyub. Amma hələ də bəşər oğlunda insanın təbiət üzərinə qələbəsi kontekstində utopik eyforiyalar hökm sürməkdədir…

Ey Tükənməz Sərvət və Şöhrət Sahibi, yerin altı-üstü bir yana qalsın, bəndələrin indi də göyə əl atıblar. Marsda, Ayda torpaq satana bax, atmosferi süni peyklə doldurana bax, kosmosa turist aparana bax. Bir azdan digər planetləri də xaraba qoyacaqlar. Sözlərimi qəribçiliyə salma, Sən axı yaratdığını məndən yaxşı tanıyırsan. Amma mənim əsas məqsədim planetdə baş verən bu həngamələri xəbərləmək deyil.

Mənim özümün də səbəbini bilmək istədiyim bir neçə məsələ var, hansı ki, bir çox din xadimləri bu sualların önündə gözünü döyə-döyə qalırlar. Ona görə də, Səbrli Tanrım, 70 məsələ haqda Sənə 7-cə ədəd sualım var. Beləlilklə suallar belədir:

1. Sən ki hər şeyi qabaqcadan bilirsən, bəs o zaman bu sifətdə dünyanı və bu sifətdə insanı niyə yaradıb ağrımaz başını bəlaya, bizi isə zülümə saldın?

2. Dünyanı və insanı yaradanda "hamıya nemətlərimdən hər şey çatar" demişdin, bəs acgöz insan oğlunun mal və torpaq uğrunda aparılan kütləvi qırğınlara baxmayaraq sürətlə artacağını öncədən görməmişdinmi, hər il milyonlarla insanın susuzluqdan, aclıqdan, istidən və soyuqdan öləcəyini təxmin etməmişdinmi?

3. İnsan oglunun yolundan sapdığını görəndə "qoltuğuna Kitab verib" dalbadal göndərdiyin elcilərini niyə qorumadın, Zərduşt Peyğəmbər təhqir edilərək öldürüləndə haradaydın, İsa Peyğəmbər çarmıxa çəkiləndə niyə köməyinə çatmadın, Məhəmməd Peyğəmbər daşa basılanda niyə müdaxilə etmədin?

4. Bəzi Müqəddəs Kitablarına “lazımi” dəyişikliklər və düzəlişlər, ixtisar və əlavələr ediləndə, din siyasi oyunlar və hakimiyyət davası üçün alətə çevriləndə, adlarını ruhani rəhbər qoyanlar məzlum xalqın ac vaxtı qarınlarını və xəzinələrini yoğunladanda yatmışdınmı?

5. Haqsız Haqlıya, vicdansız Vicdanlıya, namərd Mərdə, kafir Möminə, güclü Gücsüzə, kiçik Böyüyə, nankor Cörəkverəninə, günahlı Günahsıza divan tutanda niyə Haqqı müdafiə etmədin??!

6. Bəzi məscidlərin yasxanaya, bəzi ziyarətgahların nəzir qutusuna döndərilib, bəzi kilsələrdə beş para müqabilində bəndələrin günahlarının əhv edilməsi haqda Sənin adından qəbz verirlər, bəzi sinaqoqlarda ibadət əvəzinə beynəlxalq biznes sövdələşmələri aparılır, görmürsənmi??

7. Məsum və çarəsiz körpələrin aclıqdan ağlamalarına, kasıb və aciz valideynlərin qəhərdən boğulmalarına, günahsızların zindanlarda cürümələrinə, bəzi ata-anaların övladlar böyüdüb, əvəzində qocalar evində həyatlarının son gününü gözləmələrinə, acizlikdən və çarəsizlikdən edilən intiharlara, savaşlarda günahsız qadın və uşaq qətllərinə və nəhayət bəşəriyyətin faciələrinə və həvəslə yaratdığın dünyanın məhvinə necə dözə bilirsən??!...

Xeyli suallarım qaldı, amma söz vermişdim ki, cəmi 7-cə sual verəcəm, ona görə də qaldım boğula-boğula... Sualların cavablarının istənilən formada qəbuluna hazıram. Xoşbəxtlikdən (əslində bəsbəxtlikdən) bizim hesabımızla XXI əsrdə yaşayıram və bu səbəbdən də müasir kommunikasiya növlərindən istifadə etmək şərəfinə nail olmuşam. (Məs., telefon, e-mail, messencer və s.) Bundan əlavə mistik əlaqə sistemindən də qəbul etməyə hazıram. (Məs., yuxuda, trans vəziyyətində, hipnoz halında və s.)

Ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri