Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanzaniya Respublikası Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















